Leila Yashar

Leila Yashar
@blumylili
I’m just bookworm Chemistry student intp
Mən
Bu tətil ərzində özümə söz verdiyim heç nəyi etmədim. Bu 10 günlük tətildə 3/4 kitab oxuyaram dediyim halda oxumadım. Düzü peşman da deyiləm. Niyəmi? Psixolojik olaraq yaxşı olmadığım bir dönəm idi. Dedim bu halıma yaxşı gələcək şey bu qədər olanlardan sonra yanımda qalan dostlarım və ailəmdən başqa heç kim ola bilməz. Onlarla vaxt keçirtdim, hər anlarında yanlarında olmağa çalışdım. Kitab yazmağa çalışan dostuma heç bir fikir verməsəm də fikirlərini toplamaq da köməklik etdim. Ailəm ilə xoş vaxtlar keçirdim. İçimdə nifrət olan atamla da yaxınlaşdım, çünki onun da bir gün yanımda olmayacağını anlayırdım. Rəbbimlə baş-başa qaldım. Ona daha çox sığındım. Hər özümə zərər vermək istəyərkən Rəbbimin dediyi “Luka 6:27-28 – “Lakin Mən sizə, ey eşidənlər, deyirəm: Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə lənət oxuyanlara xeyir-dua verin, sizə pislik edənlər üçün dua edin.” Sözləri xatırladım. Özüm məgər öz düşmənim deyilmiyəm? Özümü sevə bilmərəmmi? Və bu düncələrimin sonunda qənaətə gəldim ki, bundan sonra həyatda baş verənlərdən bir dərs çıxarmalıyam, bir “xəstəlik” yox. Bundan sonra yeni həyatımın ilk səhifəsini açıram. Ümid edirəm ki, hər kəs həyatında o çətin anları çox tez bir zamanda tərk edər, onlara zərər verən hər şeyi həyatından silər. Hər zaman xoşbəxt və kitablarla qalmağınız diləyi ilə…
Düşünce