“Mənim üçün hər Miladda kiçik İsa yox, Şeytan doğulur”
Ah Zezé’m nələr çəkdin bu kiçik yaşlarında. Kitabı oxuyarkən anladım ki, hər insanın dərdi var, amma hər kəs onu fərqli şəkildə yaşayır və göstərir.
Kitabı oxuyarkən özünüzü Zezé’nin kiçik yoldaşı kimi hiss edəcəksiniz.
Zezé ağıllı uşaq olmağı ilə yanaşı, həm də bir o qədər də dəcəl uşaq idi. Başına gələnlər də elə məhz dəcəllikdən gəlirdi. Kitabı oxuyarkən ən pis olduğum hissə 6, yox 5, yox 6 (kitabda Zezé hər kəsə yaşını belə deyirdi, əslində 5 yaşı var idi.) yaşlı uşağın ailəsi tərəfindən gördüyü şiddətə görə intihar düşüncələrinə malik olmağı idi. Kitabı oxuyarkən onun yaşadıqlarının 1%’ini belə yaşamısınızsa, hər halda ürəyinizə bir ağırlıq çökəcək və ağlamaq istəyiniz artacaq, amma ağlaya bilməyəcəksiniz (ən sonda çox duyğuıama bilərsiniz, hətta ağlaya da bilərsiniz), çünki kitab çox “yumşaq” dildə yazılıb, insana hüzur verir hər nə qədər 5 yaşlı uşağın əziyyətlərindən danışsa da.
Kitabın ən təsirli hissəsi. Həyatda yaşamaq üçün tutunmağa bir budaq tapan Zezé’nin o budağınında eynən onun kiçik portağal fidanı kimi kəsilməsi idi. Həyat acımasızdı, 5 yaşlı uşaq üçün də, qoca olan ata üçün də.
Portuqa, Zezé’nin ən yaxın dostu, ən yaxını, doğma olmasa da atasından daha çox sevdiyi adam. Əvvəllərdə düşmən olsalar da sonradan çoox yaxın olmuşdular. Portuqa bir uşağa necə davranmalı olduğunu anlayan bir insan olmaqla yanaşı, bir uşaqın həyatı doyaraq yaşaması üçün lazım olan hər şeyi bilən bir insan idi.
Kitabın sonu haqqında spoiler verimmi, verməyimmi düşünərkən, birdən anladım ki, verməsəm daha yaxşı olar, çünki o anı özünüzün oxuyub o hisləri tam olaraq yaşamanızı istəyirəm.
Hər zaman kitablar və sevgi ilə qalmağınız diləyi ilə…