Tahmini Okuma Süresi:
2 sa. 57 dk.
Sayfa Sayısı:
104
Basım Tarihi:
2024
Yayınevi:
Qanun nəşriyyatı
ISBN:
0220510641
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

10/10
·104 syf.··
Beğendi
·
2024 15. kitabı
·
3 saatte okudu
·
Okunma: 31 Aralık 2024 18:32
Belə bir kitabın incelemesini yazan ilk insan olmaq necə də möhtəşəm hislərdən biridir. Kitabı çox tez bitirdim deyə orada olan alıntılardan paylaşa bilmədim. Yəqin ki, incelemeni yazandan sonra onlardan da paylaşaram. *Spoiler* İlin son kitabı kaş bu olmasa idi, çünki ağlımda yeni ildən çox bu kitab var idi. Kitab əvvəldə başlayanda görən necə bir şey olacaq deyə düşünürsən. Yurd’da yaşayan o üç uşağa yazığın gəlir, daha sonra Jalə intihar edəndən sonra düşünürsən “Bu balaca iki uşağın sonu necə olacaq?”, “Bu uşaqlar görən xoşbəxtlik tapa biləcəkmi?”. Bu sualları özü verə-verə gəlib çatırsan kitabın ortasına; Sofinin həyatının sevgisini, eşqini tapdığını düşündüyü yerə. Kitabda hər şey yaxşı olur deyə düşünməyə başladığın yerdə yenə bir problem çıxır ortaya. Eh Nicat, səndən yana nə qədər ümidim var idi. Sən də oğlanların özeti oldun. Tağım haqlı imiş deyə düşünməyə başladım. Kitabda hər şey düzəldi deyə biləcəyiniz an olmur, o imkan yaranmır. Çünki Sofi hər problemi eyni anda yaşadığı halda bir də Tağı öldürülür (aradan götürülür). Sofinin dərdini anlamaq üçün çox da yaxşı empati bacarığınızın olmağı vacib şərt deyil, yazıq Sofi o qədər şey yaşayır ki, adi bir cümlədən belə anlayırsan o dərdləri. Məni bilən bilər Azərbaycan yazıçılarına hər zaman bir az önyarğı ilə yaxınlaşmışam, amma bu kitab bütün önyarğılarımı qırdı. Yaxşı ki oxudum dediyin kitablardandır. İlk puan verəndə 8 vermişdim, səbəbi sonluğu idi, kaş Sofi xoşbəxt olardı düşüncəsi, amma indi anlayıram sonluğu ona görə 10/10 kitabdı mənim üçün. Ola bilər ki, bəzi xırda səhvliklər olsun, amma bunlar bu qədər gözəl mövzudan sonra gözardı edilə biləcək şeylərdir. Oxuyun, oxutdurun. Hər zaman kitablar və sevgi ilə qalmağınız diləyi ilə…
2024 Okuma Raporları
SofiyaLəman Aslan · Qanun nəşriyyatı · 20244 okunma
Reklam