Onun ziddinə gedəndə də qəlbən ona ən yaxın adam sən olmalısan.
Dostunun qarşısında maskalanmaq istəmirsən? Dostun fəxr etməlidir ki, sən ona öz əsl simanı göstərirsən. Amma bununçün onun səndən zəndeyi-zəhləsi gedir.
Çox vaxt ona görə hücum edib düşmən qazanırlar ki, öz zəifliklərini, hücuma məruz qala biləcəklərini gizlətsinlər.Dostluq diləməyə cəsarəti çatmayanlar: «Heç olmasa düşmənim ol!» – deyir.