Miskinlərdən özünü gözlə!
Sənin qarşında öz miskinliklərini duyurlar və onların alçaqlığı görünməz bir intiqam odunda şölələnib zəbanə çəkir.
Görmədinmi, sən gələn kimi necə susdular, dağlar səhər çənindən sıyrılıb çıxantək heyləri canlarından çıxdı?
Onlara qarşı nə qədər lütfkar olsan da, sənin ikrahını duyur, xeyirxahlığının əvəzini gizli yamanlıqla qaytarırlar.
Qürurun onların zövqünü oxşamır: sənin bir anlığa da olsa, şöhrətə uyduğunu görəndə çiçəkləri çırtlayır.