Ah, biz belə şeylərdə, lazım olarsa, əxlaqi hisslərimizi də boğarıq, azadlığımızı, rahatlığımızı, hətta lap vicdanımızı, hər şeyimizi hərrac bazarına aparırıq. Əlvida, həyat! Təki bizim sevdiyimiz adamlar xoşbəxt olsun! Bu, hələ harasıdır! Hələ bir öz xüsusi ehkamlarımızı da yaradarıq, yezuitlərdən öyrənərik, müvəqqəti olsa da, öz özümüzə təskinlik verərik, öz özümüzü inandırarıq ki, belə də lazımdır! Bəli, biz beləyik.