briz

briz
@briz
2005
4 okur puanı
Mayıs 2023 tarihinde katıldı
Həyatda çox arxalandığım adama qarşı hiss etdiyim bu inciklik, bütün insanlara qarşı münasibətimdə də özünü göstərirdi.
Sayfa 220·Kitabı okudu
Reklam
Bir qadının sənə hər şeyini verdiyini zənn etdiyin vaxtda, onun həqiqətdə sənə heç bir şey vermədiyini görmək, bir adamın sənə çox yaxın olduğunu hesab etdiyin vaxtda, onun səndən çox uzaq olduğunu başa düşmək nə qədər acıdır!
Sayfa 178·Kitabı okudu
Deməli, insanlar ancaq müəyyən dərəcəyə qədər bir-birilərinə yaxınlaşa bilərlər. Bundan artıq yaxınlaşmaq məqsədilə atılan hər bir addım onları bir-birindən daha da uzaqlaşdırır.
Sayfa 175·Kitabı okudu
Xatirələr, uzun illər boyu cilalanmış hisslər, həmişə susdurulmuş həyacanlar sel kimi köpürüb daşır, çılğın bir şəkildə meydana çıxırdı.
Sayfa 149·Kitabı okudu
Ona deyiləcək o qədər sözüm vardı ki! Hesab edirdim ki, bütün ömrüm boyu bunları ona nəql edib qurtara bilməyəcəyəm. Çünki həmişə, bütün ömrüm boyu susmuşdum.
Sayfa 123·Kitabı okudu