• 855 syf.
    ·56 günde·Puan vermedi
    "Həm də mən o qədər xoşbəxtəm ki,heç bir şey anlamamağa başlamışam."
    İnsanın bəzən beynini qurcalayan fikirlərin və qarabasmalar kimi beynini tərk etməyən düşüncələrin həlli, bəzən sadəcə çıxış yolu tapmayacaq qədər bədbəxt olmaqda gizlənir. Heç olubmu ki özünüzü həddən artıq xoşbəxt hiss etdiyinizdə cümlə qura bilməmiş, diliniz dolaşmış və doğru yolun hansı olduğunu seçə bilməmişsiniz? Bəs özünüzü məhv edəcəyinizi və hər şeyin gözünüzün qabağında birdən məhv olacağını düşündüyünüz qədər bədbəxt olduğunuzda necə? Bəzi insanlar xoşbəxt olduqda düşüncələrin qarmaşıqlığından çıxa bilmir, bədbəxt olduqda isə itirəcək heç bir şeyinin olmadığını hiss edərək, bəzən həddən artıq pessimist, bəzənsə həddən artıq optimist qərarlar qəbul edə bilir.

    Əsərimizin qəhrəmanları gözəlliyi ilə hərkəsi məftun edəcək zərifliyə, eyni ilə ağıllı olması ilə birlikdə daha çox təhlükəli hal alan Anna Karenina, onun yüksək mənsəbli, ciddi, hislərin emosionallığına yol verməyən əri Aleksey Aleksandroviç Karenin, kənd təsərüffatı işləri ilə başını yormaq istəyən, eşq əzabı ilə yanıb-tutuşan Levin, onun aşiq olduğu gözəl, zərif, utancaq yüksək mənsəbli ailədə doğulmuş Kiti , Anna Kareninin xəyanətkar ,arvadbaz, həyatda tək şeyin mənəvi zövq, ehtiras, şəhvət kimi duyğularla dolu hislərin var olduğuna inan Stepan Arkadiç, onun arvadı Dolli, yüksək mənsəb və şöhrətli nümayəndələrdən biri olan Vronski (Aleksey) kimi qəhrəmanlardır.

    Ailə-məişət mövzusunu əsas götürən Tolstoy, əsərinə: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxtdir." cümləsi ilə başlayır. Xoşbəxtlik - sadədir, onun hər hansı bir izaha və yaxud da hər hansı bir cavaba ehtiyacı yoxdur. Bəzənsə sadə olduğu üçün daha çox qarmaşıq hala gəlir, xoşbəxt olduğumuzda da bəzi şeyləri anlamayacaq qədər ütopist olmağımızın səbəbi budur bəlkə də. Xoşbəxt ailələrdə hər gün uşaqların gülüşünü, ər və arvadın bir-biri ilə şıltaq söhbətlərini, hamısının birlikdə zaman keçirdiyində gözlərindəki xoşbəxtliyi və məsumluğu görmək mümkündür. Bədbəxt ailələrdə isə proses, təəssüf ki, belə getmir. Bəzi ailələrdəki xəyanət, bəzilərində baş verən soyuqluq hissi, evləndikdən sonra ortaya çıxan şübhələr və bu kimi bir çox şey insanın beynini deşərək məhv edən problemlər bədbəxt ailələrdəki münasibətin quyuya düşüb məhv olacağına ən gözəl misallardandır. Hansı ki əsərdə bədbəxt ailələrin taleyi: gülən dodaqların çöhrəsindəki yorğunluq, gülən gözlərin məhdudluğu, ailədaxili şübhələrin münasibətlərə verdiyi ziyanlar, xəyanətin ortaya çıxardığı bədbəxtlik kimi insanı quş kimi ən yuxarı uçurdub bir daş kimi yerə çırparaq, məhv edəcək səviyyəyə gətirir. Bəs bu və bu kimi hisslərdən necə qurtulmaq olar? Bəlkə də insan bədbəxt olmamaq üçün bir zamanlar böyük bir bəxbəxtliyə düçar olmalıdır ki, hədiyyəsini böyük bir payda alsın. Hansı ki əsərdə bəzi personajların böyük və dəfedilməz dərəcədə sonsuz xoşbəxtliyə çatması üçün öncədən bədbəxtliyi ən kiçik zərrəsinə qədər yaşadığını müşahidə edəcəyik.

    Böyük yazar Lev Nikolayeviç Tolstoy isə bütün əsərlərində insanı məhv edən yalnızlıqdan və elədiyi səhvlərdən islah olunması üçün ortaya çıxan ilk çıxış yollarında İncili oxumaq, insanlara qarşı nifrəti ürəyimizdə məhv edib, onları sevməyə başlamaq, hətta filantrop (insanlara kömək edən humanistlər) olmaqda görür. Həyatın mənası və hər şeyə daha çox xoşbəxt bir bucaqda baxmaq bu qədər asandırmı sizcə? Əsərdəki insanların taleyini bədbəxtlikdən xoşbəxtliyə doğru dəyişəcək olan o böyük çıxış yolu Tolstoyun dərk etdiyi bu düşüncələrdirmi?
    Şiddətlə oxumağı tövsiyə edirəm.Yaxşı mütaliələr.

    SPOİLER OLAN HİSSƏ


    Əsərin başlığı Stepan Arkadiçin arvadı Dolliyə elədiyi xəyanətlə başlayır. Xəyanətin ardından gələn ailədaxili səadətsizlik, bədbəxtlik ruhunu Tolstoy əsərin baslanğıcında: "Bütün xoşbəxt ailələrin hamısı bir-birinə bənzəyir,bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxtdir" cümləsi ilə öncədən proqnoz vermək istəyir deyə düşünürəm. Dollinin daxilində baş verən çöküşlər və ərini atıb-atmayacağı haqqında düşüncələr onun beynini tərk etmək istəmir. Hətta Dolli ərini nə qədər bağışlamaq istəsə də (çünki onların bir zamanlar xoşbəxt evliliklərinin meyvəsi olan uşaqları bədbəxt etmək ona çarə kimi görünmür). Dolli öz sevgisini bir kənara qoyaraq, məntiqli bir qadın kimi düşünmək istəyir,çünki onun ərindən ayrılması uşaqların gələcəyinə daha çox pis təsir edə bilər. Onlar bədbəxt ola bilərlər. Dolli isə bir saniyə belə özünü düşünmək istəməsə də, bir zamanlar Stepan Arkadiçlə arasında olan şəhvətli, ehtiraslı və bir o qədər də məsuliyyətlə dolu münasibətləri fikirləşmədən dayana bilmir. Xatirələrin dərinliyi və gözəlliyi onu daha çox quyunun dibinə enməyə və onu məhv etməyə başlayır.

    Amma əsərdə daxili çöküş yaşayan sadəcə Dolli deyildir. Demək olar ki,əsərdə bütün personajların hamısı öz-özu ilə mübarizə aparır, mənəvi yorğunluğu məhv etmək istəyir. Bunlardan biri də mənəvi yorğunluğunu fiziki yorğunluq ilə basdırmaq istəyən, yüksək mənsəb sahibi olan Kitiyə bir könüldən min könülə aşiq olmuş Levindir. Levin Kitini o qədər böyük məhəbbət, eşq ilə sevir ki və onu daxilində o qədər ucaldır ki, ona görə bu dünyadakı ən məsum mücəssəmələrdən biri də, məhz Kitidir. Ancaq Kiti ilk başlarda Levin haqqında belə düşünürmü? O Levinin bəslədiyi bu məşum duyğuları ona da eyni ilə bəsləyirmi? Yox. Kiti öz ilə demək olar ki,eyni mənsəb və şöhrətə sahib olan Vronskini sevir. Vronskinin ona bir yerdən sonra əhəmiyyət vermədiyini (hansı ki bu müddətdə Vronski ilə Annanın eşq macərası başlayır) görən Kiti daxili əzab və utanclarla birlikdə əzab çəkməyə başlayır və xəstələnir. Onun əzablarına səbəb olan şeylərdən biri də, Levinin ona böyük məhəbbət ilə yanaşıb evlənmə təklif etməsinə rəğmən verdiyi 'yox' cavabı idi. Ancaq sonralar hər iki tərəf arasında baş verən uzun daxili mübarizələrdən sonra Levin yenidən ruhlandırılır. O Kitiyə evlənmə təklif edir və onlar çox xoşbəxt olduqlarını hiss edirlər.
    Kitinin Levinin ilk evlənmə təklifini rədd etməsindən sonra, ikinci evlənmə təklifini qəbul etməsə mənə səmimi bir sevgi kimi görünmədi. Kiti bir zamanla Vronski adında yaraşıqlı bir insana vurulmuşdu. Hətta bu vurgunluğün nəticəsində rədd edildiyini düşünərək böyük utancla xəstələnmiş və yatağa düşmüşdü. Bunlardan sonra Levinin evlənmə təklifinə müsbət cavab verməsi və onunla yeni bir həyata atılması, mənə görə, sadəcə Kitinin haqsızlıq etdiyi ən böyük hissələrdən biridir. Kiti öz xoşbəxtliyi yenidən bərpa etmək, daha az peşmançılıq çəkmək və bir zamanlar etdiyi səhvləri yumaq üçün Levin ilə evlənmişdi, bəlkə də. Amma buna hərkəs fərqli bir yanaşma bildirə bilər. Levinin xoşbəxtliyi olan Kitini əldə etdikdən sonra yaşadığı müəyyən şübhələr insanın öncələr çox dəyər verdiyi şeyləri əldə etdikdən sonra müəyyən bir zaman onun dəyərini bilmədiyinə olan misaldır. Ancaq insanın özünə edə biləcəyi ən böyük yaxşılıq; bir zamanlar çabalayaraq əldə etmək istədiyi şeyi əldə etdikdən sonra onun dəyərini bilməkdir. Levin də beynindəki şübhələrdən doğulan uşağı Mitya tərəfindən müəyyən bir zamandan sonra çıxa bildi. Hətta əsərin sonlarında Levinin öz daxili ilə ortaya çıxartdığı mübarizələr , "mən nə üçün yaşayıram", "mən öləcəyəmsə, nə üçün bu həyata hələ də ağrılarla davam edirəm?" kimi sualların cavabını İncildə, Tanrıya olan etiqadda və insanlara olan sevgisində tapır. Burada eyni ilə Tolstoyun əsas "imajını" görmək mümkündür. Çünki Tostoyun bu əsəri həm də avtobioqrafik əsərdir. Bu əsərdə Tolstoy öz daxilini narahat edən məsələləri dilə gətirərək, onları həll etməyə yoğunlaşmışdır.

    Gələk əsərin əsas qəhrəmanları olan (hansı ki bunu demək o qədər də düzgün deyil,çünki əsərdə hər prototipin xarakteri, onun başına gələn hadisələr və bu hadisələrin nəticələri elə bir vəziyyətdə verilib ki, əsərdəki bütün xarakterləri əsas qəhrəman kimi dilə gətirmək və onlardan bəhs etmək mümkündür) Anna Karenina, Aleksey Aleksandr Karenin ve Aleksey Vronskiyə. Annanın əri Aleksandr hislərlə hərəkət etməyən, məntiqin gücünə belini söykəyərək hər şeyi praktiki olaraq həll etməyə uyğunlaşmış, zəkalı, savadlı bir nümayəndədir. Yazdığı əsərlər və mövzulara yanaşma tərzi, onlara bildirdiyi fikirlər onu öz sələflərinin yanında daha da hörmətəlayiq və başbilici adam kimi qələmə verir. Arvadı Anna isə daha çox hislərlə hərəkət edən, oğlu Seryojaya daha böyük məhəbbətlə bağlı olan və həyatını bundan sonra oğluna sərf etmek istəyən bir anadır. Ancaq bununla bərabər o həm də nəvaziş, sevgi istəyir. Aleksandr Aleksandroviç isə ona sadəcə istədiyindən daha çox hörmət edir və Annanın istədiyi emosional münasibəti ona verməsə də, öz məntiqi gücünü məhv etmək istəməsə də, bəlkə də, bir zamanlar ona Vronski ilə xəyanət edəcək, onu daxili çöküşünə sürgün etdirəcək Annanı çox sevir. Annaya isə sadəcə gözübağlı xoşbəxtlik və ehtirasdan məhv olmaq qalır. Anna bunlara da nail olur. Vronski ilə keçirdiyi gözəl, ehtiraslı, şəhvətli və bir o qədər də dərin günlər Annanı göylərdə süzən azad quş qədər rahat hiss etdirir. Ancaq Anna bunu ərindən gizlətməyin məntiqsiz olduğunu dərk edərək və bunu gizlətmək üçün çalışdığını hiss etdikcə daha da əzab çəkərək, onların hər birini bütün təfərrüatı ilə ərinə deyir. Bunu sakitcə qarşılayan Aleksandrın reaksiyası isə Annanı daha çox narahat edir və onu daha çox qəzəbləndirir. O sanki bununla başa düşür ki, əri onu doğrudan da sevsə idi, bunun kimi böyük bir hadisəni belə sakitcə qarşılaya bilməzdi. Buna görə də Anna ilk başlarda etdiyi bu xəyanəti o qədər də böyük bir cinayət kimi başa düşməməyə çalışır.

    Uşağının Anadan ayrılması və Annanın elədiklərini xoşbəxtlikdən bir müddət ayrılaraq düşünməyə başlaması onu xəstə edir və o axırıncı dəfə görmək üçün Vronskini öz yanına çağırır. "Can verməkdə olan" bu qadının söylədiyi Aleksandra söylədiyi 'onu bağışla' cümləsi Vronskinin üzünə bir şillə kimi dəyir. O arvadını çox sevən bir ərə etdiyi bu böyük cinayəti o qədər çox fikirləşir və altından çıxa bilmir ki, özünü tapança ilə atmaq dərəcəsinə gəlir. Ancaq xoşbəxtlikdən o yaralı olur.

    Ancaq Aleksandr Aleksandroviç pis biri deyil. Hətta əsərdə Anna öz ərini "müqəddəs insan" kimi adlandırır. Aleksandr öz uşağının gələcəyini düşünərək Annanı ondan ayırır.

    Əsərdə Kareninlərin övladı Seryojanin keçirdiyi hislər də çox dərindir. Seryoja anasından ayrıldıqdan sonra bütün üzlərdə öz anasının üzünü axtarır. Seryojanin keçirdiyi hislər onu məcbur edir ki, o bir zamanlar onu atıb getmiş anasını fikirləşməsin və onu beynindən silsin. Ancaq bir insan nəyi az düşünmək üçün özünü məcbur edirsə, ən çox da onu düşünür və onu beynindən çıxara bilmir.

    Artıq Anna ilə Vronski Sankt-Peterburqdan uzaqlaşmış və Avropa səyahətinə çıxmışlar. Bu səyahət zamanı bir-birinə daha çox bağlanan bağlanan cütlüyü boşanma məsələləri narahat edir. Ancaq Vronski Annaya boşanma məsələsinin dərinliyini deməkde çətinlik çəkir. Bu söhbəti isə açan Stepan Arkadiçin xəyanət etdiyi arvadı Dolli olur. Dolli Vronskinin xahişi ilə Anna ilə bu məsələni danışmaq qərarına gəlir. Və Anna Aleksandrdan boşanmağı xahiş edir.

    Aylar keçir, aylar toplanaraq ilə çevrilir , ancaq xoşbəxt olmaq bəzən o qədər də sadə olmur. Anna gün keçdikcə daxilini məhv edən kədərləri daha çox anlayır və kübar aləmə məxsus bir qadın kimi cinayətlərini yumaqdan ötürü özünü qatarın altına ataraq intihar edir. Bu bir qadının öz günahlarını yuyacağını düşünmək üçün ortaya qoyulmuş ən zavallı və bədbəxtcəsinə hərəkətlərdən biridir.
  • 268 syf.
    Kitabın sonunda yazar bizə bir iki sual verir bu sualları cavablandırmağa çalışdım.
    "Bilmirəm demək olar mı ki, bu xoşbəxt sonluqla bitən ilk əsərimdir?"
    Hansı xoşbəxt sonluqdan söhbət gedə bilər ki, insanları daha yaxşı səviyyəyə çatdırmaq üçün pis insanları soyuqqanlı şəkildə öldürüb, yaxşı insanlara heç nəyi doğru dürüst başa salmadan onları yeni yaşama yönləndirmək. Ama Kənan və Fidanı düşünsək niyə də bu əsərə xoşbəxt son deməyək? Axı onlar ayrı ayrılıqda pis insan idi və öləcəkdilər. Ama aralarındakı sevgi onları birləşdirdi və sevgi onların içindəki pisliyi öldürdü, beləcə sağ qaldılar. Ama bu qədər həqiqəti, qəddarlığı qaldırıb yaşamlarına heç nə olmamış kimi rahatca davam edə bilərlər mi? Kitabda da qeyd olunduğu kimi bu qəribə, qəddar və qarışıq sonluqla bitən kitab..
    "Bəs sizcə dünyanı daha yaxşı səviyyəyə gətirmək üçün bu qurbanları vermək olardı mı?"
    Günahsız insanları uşaqları öldürmək, ..daha yaxşı səviyyə yaradıb insanlığı inkişaf etdirək deyərkən ilk olaraq öz insanlığınızı itirmədiniz mi?
    "Siz Nedə və gizli təşkilatlara haqq qazandırdınız mı?"
    Ned masonların ən yüksək səviyyəsində idi, müəllimlik dərəcəsində. Masonlar isə bütün ölkələri dağıdıb, dünyanı bir azad xalqa çevirmək hakimiyyəti öz əlinə almaq istəyirdi ama bu xeyirdən çox zərər gətirməz mi?

    Ümumi olaraq axıcı və maraqlı idi, masonlar haqqında çox ətraflı və maraqlı məlumatlar var.
  • - Bəzən adamlara elə gəlir ki, onlar nəyə isə əmindirlər, əslində isə bu belə deyil.
    - Bəs, sizcə necədir?
    + Dünyada hər şey olur. Bəlkə doğrudan da məni nə maraqlandırdığını heç özüm də əməlli bilmirəm. Lakin nələrin məni qətiyyən maraqlandırmadığını çox dürüst bilirəm.
  • Həyatda ən başlıca şey nədir? Aclıq həddində yaşayan hər hansı adamdan bu sualı soruşsaq, cavab verər ki, yemək. Soyuqdan ölməkdə olan adam deyər - istilik. Bu sualı tədric olunmuş bir yerdə tənha ömür sürən birisindən soruşsaq, yəqin ki, cavab insanlar arasında, başqalarıyla birgə yaşamaq olacaq.
    Bəs bu zəruri ehtiyaclar ödəndikdən sonra, elə bir şey olacaqmı ki, ona hər kəsin ehtiyacı var?