Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
204 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 günde okudu
OKB
Sizcə, düşüncələrin təkbaşına bizi dəyişdirmək gücü var? Düşüncələr bizim şəxsiyyətimiz ola bilər? 1984 kitabında qeyd edilən düşüncə cinayəti nə qədər realdır. Bir insanı öldürməyi düşünmək, bunu xəyal etmək bizi qatil etməz. Düşüncələrin reallaşma gücü yoxdur. Ağlımıza gələn düşüncələrə verdiyimiz önəm isə həyat funksionallığımıza itirməyimizə səbəb ola bilər. Obessiyaların, OKP-nin əsas əlamətlərindən olan düşüncələrdən qorxma halı, bunların qarşısın almaq üçün zehni və ya davranışda təkrarlanan hərəkətlər (kompulsiyalar) etməyimizə səbəb olur. Məsələn, evin yanması düşüncəsindən qorxan birinin ütünün elektirikdən ayrılmasını dəfələrlə yoxlaması kimi. Bəs nə edək? Problemin var olduğun düşünürsünüzsə, özünə kömək kitablarından “Bu takıntılı düşüncelerle ne yapacağım?” kitabını oxuya bilərsiniz. Təqdim olunan teknikaları kömək etməzsə, mütəxəssis dəstəyi almağınız tövsiyə olunandır.
Bu Takıntılı Düşüncelerle Ne Yapacağım?
Bu Takıntılı Düşüncelerle Ne Yapacağım?Kadir Özdel · Epsilon Yayınevi · 202327 okunma
80 syf.
·
Puan vermedi
Lev Tolstoy- İnsan nə ilə yaşayır? Əvvəla onu qeyd etmək istəyirəm ki, bu kitab mənim hər ilin başlanğıcında oxuduğum(artıq 3cü ildir) və ən sevdiyim kitabdır. Kiçik həcmli olsa da, bir nəfəsə oxuyub bitirəcəyiniz və ideyası çox mühüm olan bir kitabdır. Mənə çox şey qatıb və düşünürəm ki, hər kəsin mütləq şəkildə oxuması gərəkən kitablardandı. Kitabdan ən sevdiyim sitat: "İnsanlar yaşadıqlarını zənn etsələr də, anladım ki, onlar yalnız sevgi ilə yaşayırlar. Sevən insan Allaha, Allah da ona yaxınlaşır. Çünki sevgi Allahın özüdür." Bəs sizcə "İnsan nə ilə yaşayır?" #levtolstoy #İnsannəiləyaşayır
İnsan Nə İlə Yaşayır?
İnsan Nə İlə Yaşayır?Lev Tolstoy · Qanun Nəşriyyatı · 2020190,7bin okunma
Reklam
336 syf.
7/10 puan verdi
Bu kitabı oxuyarkən əsəbiləşməyə, personajların seçimlərinə görə pis olmağa, bəzən onları tutub başlarını divarlara vurmaq istəyinə hazır olun. Üç fərqli nəsildən olan Fəridə, İsra və Deyanın hekayəsi . Fələstində və Fələstindən köçəndən sonra Amerikada olan həyatlarını, ölkələrindən uzaq olsalar da adətlərini yaşamalarını görmək, qadının heç bir səsinin, qüvvəsinin olmaması insanı həqiqətən çox əsəbiləşdirir. Amma özlüyündə Fəridə ailədə sözünü keçirtməyi bacarmış, onları Amerikaya gətirmiş və oğulları sayəsində sözü keçən biri ola bilmişdir. Deya da Amerikada doğulduğu üçün iki mədəniyyət arasında qalıb amma sonda öz qərarlarını verməyi bacarmışdır. İsra isə son anda cəsarətini toplaya bilmişdir. O vaxta qədər daima əziyyət görən İsranın cəsarətə gəlməsini görmək insanı çox sevindirir amma təəssüf şans hər zaman qadınların yanında olmur. Hekayənin nə qədər mənfi qəhrəmanı olsa da Adam da bir yandan bu cəmiyyətdə əziyyət çəkir. Böyük uşaq olduğu üçün bütün məsuliyyət onun üzərində olur və etiraf edə bilməsə də o da İsra qədər əsirdir bu cəmiyyətdə. Oxuduqca bir sual daima məni düşündürdü. Bütün bunların günahkarı kimdir? Bütün bunları dəyişə bilmək mümkündürmü? Bəs sizcə? Daima azadlıq və kitabla qalın.
Kadının Sesi Yok
Kadının Sesi YokEtaf Rum · İthaki Yayınları · 2021174 okunma
272 syf.
9/10 puan verdi
·
Beğendi
Distopik janrda yazılmış möhtəşəm bir əsər Kitabda yeni cəmiyyətin qurulmasından 600 il keçib. Bu cəmiyyətdə ailə, əxlaq, inanc anlayışları yoxdu. İnsanlar doğulmur, laboratoriyalarda hazırlanır və növlərə bölünürlər (kast sistemi). Hər növün fərqli yetişdirilmə tərzi olur. Və bu növlər digərlərini sevmir, sadəcə öz növlərini sevirlər. Bu
Cesur Yeni Dünya
Cesur Yeni DünyaAldous Huxley · İthaki Yayınları · 202160,1bin okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
BİR şey ilə məşğul ol
- BİR şey həyatınızın bütün sahələrində xariqüladə nəticələr əldə etmək imkanı verir. Bəs sizin BİR ŞEYiniz nədir? - Rus atalar sözü: Eyni anda iki dovşan dalınca qaçsan, heç birini tuta bilməyəcəksən. - Uğur diqqəti yalnız bir şeyə cəmləyəndə mümkündür, diqqət dairənizi daraldın. Bütün işləri qırağa qoyub ən lazımlı əsas işdən yapışın -
Bir Şey
Bir ŞeyGary Keller · Teas Press · 2022252 okunma
504 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbağ kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındadırlar. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğruna hətta qurban getməyə də hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməli olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar. Bir gün bacı-qardaş ataları ilə birgə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir "Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur". Bu cümlə mənə çox təsir etmişdi. İnsan ailəsini qurtarmaq üçün övladlarının birindən keçə bilər? Sırf uşağınızın təhsili olsun, yeməyə çörəyi olsun deyə başqasına vermək olar? Bu hadisə ilə çox qarşılaşmışıq. Çox vaxt övladlığa verilən ailə doğma ailədən də yaxşı olur. Bəs sizcə, bunu bağışlamaq mümkündü? Bir bacı ilə qardaşı ayırmağın hesabını kim verə bilər? Və ya itirdikləri o zamanı kim geri qaytara bilər?
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201334,7bin okunma
Reklam
504 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Bu kitab onu düşünərək oxuyan insanın həyatında çox böyük dəyişikliklər edə bilər. Düşünürəm ki, bir çoxumuz dünya, dünyanın, kainatın yaranması, insanın necə, nə məqsədlə yaranması haqqında düşünmüşük. "Niyə yarandıq?", "Həyatda məqsədimiz nədir?" kimi suallara hər zaman cavab axtarmışıq. Bu suallara isə minilliklər öncə bir
Sofinin Dünyası
Sofinin DünyasıJostein Gaarder · Qanun Neşriyat · 201836,5bin okunma
114 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
İnsanı Yaşadan Nədir? #Tolstoyasəyahət
İnsanı Yaşadan Nədir?
İnsanı Yaşadan Nədir?
Lev Tolstoy
Lev Tolstoy
Deməəək,sizcə, İnsanı Yaşadan Nədir? Mal,mülk,pul,şəhvət yoxsa başqa bir şey? Həyatımızda nə qədər ədəbli və ərdəmliyik? Başqalarına verdiyimiz "nəsihətlər"ə özümüz əməl edirikmi?Bir anlıq əsəblərimizə hakim ola bilirikmi? Mal-dövlət bizim üçün önəmlidir,yoxsa ailə? Tanrının işlərinin hikmətindən xəbərimiz olmadığı
İnsanı Yaşadan Nədir?
İnsanı Yaşadan Nədir?Lev Tolstoy · Mimta Nəşriyyatı · 2020190,7bin okunma
150 syf.
·
Puan vermedi
"Üç Bacı" - Anton P. Çexov Bildiyimiz kimi Anton Pavloviç Çexov rus ədəbiyyatının ən dəyərli yazıçılarından biri, həmçinin mənim ilk rus ədəbiyyatından oxuduğum və ən sevdiyim rus yazıçıdır. Bu gün isə sizə, @dartanyanlar_ 'ın təşkil etdiyi möhtəşəm #çılğınyaykitabmarafonu2023 üçün seçdiyim, elə bu gün bitirmiş olduğum, Çexovun
Üç Bacı
Üç BacıAnton Çehov · Qanun Nəşriyyatı · 20207,4bin okunma
136 syf.
10/10 puan verdi
·
26 saatte okudu
Bu boyda şəhərdə bircə ağıllı adam tapmışam, o isə havalıdır.
Həyatımda ilk dəfədir ki, bir kitabı oxuyub bitirdikdən sonra hafizəmi itirməyi arzu edirəm. Çünki yalnız məhz bu sayədə bu kitabla yollarımız yenidən kəsişə bilər. Belə bir halın mümkün olmaması məni onu deməyə sövq edir ki, eyni beyinlə
6 Nömrəli Palata
6 Nömrəli Palata
əsərini oxumağa taqətim yoxdur. Kitabda Vladimir Nabakovun
Anton Çehov
Anton Çehov
haqqında fikirləri Qismət
6 Nömrəli Palata
6 Nömrəli PalataAnton Çehov · Parlaq İmzalar Nəşriyyatı · 202169,5bin okunma
Reklam
272 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
“Bizi ayıran divarları aradan qaldırmaq və başqalarının girməsinə icazə vermək lazımdır. Onlar-bizik. Hər bir insan- bütöv bir bəşəriyyətdir”. 30 ilini dörd divar arasında insanlardan qorxaraq, hətta nifrət edərək keçirən, öldürdüb-basdırdığı torpaqda yetişdirdiyi tərəvəzlərlə həyatda qalan Ludunun hekayəsi sizin üçün maraqlı olar? 15-ci əsrdən Portuqaliyanın müstəmləkəsinə çevrilən Anqolanın azadlıq savaşını bir qadının simasından təqdim edir Jose Eduardo Aqualuza. Ludu insanlara nifrət edir və bunun səbəbi əsərin sonunda öz izahını tapır. Tarixi hadisələr, dövr müxtəlif obrazların hekayələri formasında danışılır. Fərqli obrazların həyat hekayələri bir-bir danışılır və sonda hər biri birləşərək Ludunun həyatında qaranlıq qalan anları işıqlandırır. “Anamın əllərindən çox uzaqdayam, necə uşaq ola bilərəm?” Biri unutsam yaşayacam, biri isə unutsam öləcəm qorxusunda olan iki obrazın hekayəsində sizcə kim qalib gəlib? Unutmalıyıq yoxsa yox? Ludunu həyata bağlayan Sabulu onda nəyi tapırdı? Anasını? Bəs Ludu onda nəyi tapırdı? İtirdiyi uşaqlığını ya uşağını? Amma tam olaraq düşünmürəm ki, Kutzeeni və Markesi qarışdırsaq Aqualuza çıxar ortaya. Məncə onun öz üslubu, axıcə qələmi və tərzi var.
Unutmanın Genel Teorisi
Unutmanın Genel TeorisiJose Eduardo Agualusa · Timaş Yayınları · 2018804 okunma
·
Puan vermedi
Hər yerdə qarşıma çıxaraq marağıma səbəb olan bir kitab daha. Kitabı oxumazdan öncə bir sevgi hekayəsi olduğunu sanırdım. Lakin oxuyub bitirdikdən sonra əslində kitabda bəhs edilən münasibətin sevgi ilə əlaqəsi olmadığını görmək mümkündür. Əlbəttə bunun əksini iddia edənlərdə var amma mən qadının psixoloji bir bağımlılığı olduğunu düşünürəm. "Mən artıq Tanrıya inanmıram. Mən yalnızca sənə inanıram, yalnızca səni sevirəm." Bu və bunun kimi bir neçə cümlələr də fikirlərimi təsdiqləyir. Kitab haqqında bəzi incələmələri oxudum. Təbii olaraq bəyənənlər də var bəyənməyənlərdə. Kitabın mövzusu, ideyası, cümlələrin ifadə tərzi möhtəşəmdir. "Bilinməyən qadının" hərəkətlərinə haqq qazandırmasamda, yazıçının qeyri-adi ifadə tərzi, özünəməxsus təsvir gücü məni heyran etdi. Hərhalda əsəri oxumağıma dəydiyinə görə sevinirəm. Ən azından boşa vaxt itkisi olmadı... Bəs sizcə qadının hissləri həddindən artıq sevgi yoxsa psixoloji bağımlılıq idi?
Bilinmeyen Bir Kadının Mektubu
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022223,8bin okunma
200 syf.
·
Puan vermedi
·
Beğendi
·
9 günde okudu
SEVMƏ SƏNƏTİ
Sevgi bir sənətdir? Sevgi bir sənətdirsə, o zaman məlumat və səy göstərməyə ehtiyac var. Erich Fromm-un Sevmə sənəti kitabı ancaq qarşı cinsə duyulan sevgidən bəhs edən bir kitab deyil. Bu gözləntiniz varsa, bu kitabı onu bir kənara qoyaraq oxuyun. Fromm sevməyin də bir sənət olduğunu, onun üçün digər sənət sahələrində çalışdığımız kimi
Sevme Sanatı
Sevme SanatıErich Fromm · Say Yayınları · 202018,4bin okunma
272 syf.
·
Puan vermedi
·
7 günde okudu
Meri Şelli- Frankenşteyn ___ Prometey alovu tanrılardan oğurlayıb insanlara gətirmiş, alovun dünyada nələrə səbəb olacağını isə təxmin etməmişdir. Bu əməlinə görə isə tanrılar tərəfindən cəzalandırılır. •Bəs niyə Frankenşteyn və ya müasir Prometey? Kitabı oxumamışdan əvvəl Frankenşteyn'in qorxulu bir canavar olduğunu düşünürdüm. Amma elə
Frankenstein Ya Da Modern Prometheus
Frankenstein Ya Da Modern PrometheusMary Shelley · Türkiye İş Bankası Kültür Yayınları · 202013,8bin okunma
20 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.