Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Hər yerdə qarşıma çıxaraq marağıma səbəb olan bir kitab daha. Kitabı oxumazdan öncə bir sevgi hekayəsi olduğunu sanırdım. Lakin oxuyub bitirdikdən sonra əslində kitabda bəhs edilən münasibətin sevgi ilə əlaqəsi olmadığını görmək mümkündür. Əlbəttə bunun əksini iddia edənlərdə var amma mən qadının psixoloji bir bağımlılığı olduğunu düşünürəm. "Mən artıq Tanrıya inanmıram. Mən yalnızca sənə inanıram, yalnızca səni sevirəm." Bu və bunun kimi bir neçə cümlələr də fikirlərimi təsdiqləyir. Kitab haqqında bəzi incələmələri oxudum. Təbii olaraq bəyənənlər də var bəyənməyənlərdə. Kitabın mövzusu, ideyası, cümlələrin ifadə tərzi möhtəşəmdir. "Bilinməyən qadının" hərəkətlərinə haqq qazandırmasamda, yazıçının qeyri-adi ifadə tərzi, özünəməxsus təsvir gücü məni heyran etdi. Hərhalda əsəri oxumağıma dəydiyinə görə sevinirəm. Ən azından boşa vaxt itkisi olmadı... Bəs sizcə qadının hissləri həddindən artıq sevgi yoxsa psixoloji bağımlılıq idi?
Bilinmeyen Bir Kadının Mektubu
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022224,6bin okunma
·
1 artı 1'leme
·
52 görüntüleme
Sabina okurunun profil resmi
Mənə bu kitabı biri tövsiyə eləmişdi. Oxudum,amma mən burda sevgi görmədim. Sadəcə kor- koranə bağlılıq idi. Qız ailədə normal sevgi görmür. Sevgi deyib o adamı həyatının mərkəzinə qoyur. 🤷
aliyva.n okurunun profil resmi
Haqlısız, məndə elə düşünürəm.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.