Düşmənlərimə müjdə, bən qəlbimdən xəstəyəm,
Sonsuz həsrətlərimlə bir davamlı yasdayam.
Bəni burda sanmayın, bən hər gün Qafqazdayam...
Siz canımı görmərsiz, canım bu ana yurdda,
Qəlbimin küllərini göndərin doğma yurda.
Sovursunlar Qafqazın o coşqun rüzgarına,
Bən umutsuz ölmədim, eyimsərəm yarına...