Maraqlı kitabdır,Sennaxeribdən Qəddafiyə qədər olan 100 ən dəhşətli diktatorlar haqqında qısa da olsa bir çox məlumatlar əks olunub,bir növ "Tiranlar Ensiklopediyası" demək olar,amma bu kitabda da hərf və rəqəm səhvləri var,ən problemlisi isə tarixlərdə bu səhvlərin olmasıdır,misal üçün 1965 yerinə 1956 yazılır və bu səhvlər bir neçə dəfə çıxıb qarşıma, bu da oxucunu çaşdırır.
TiranlarNigel Cawthorne · Qanun Nəşriyyatı · 201461 okunma
Əgər insanlar zooparklarda primatlara gülüb lağ edirsǝ (edirlər), fikrimcə, bunun səbəbi məhz üzlərinə tutulan güzgüdən narahat olmalarıdır. Belə olmasa, zürafə və kenquru kimi qəribə görünüşlü heyvanlar da eyni şəkildə gülüşə səbəb olardı. Primatların bizdə qıcıq yaratmasının səbəbi dürüst və mərhəmətsiz şəkildə öz üzümüzü bizə göstərmələridir. Dezmond Morrisin sözünü xatırlayaq: "Hamımız çılpaq meymunlarıq".
Həkayənin əvvəli yaxşı başlayır,milis işçiləri və banda üzvləri arasında maraqlı söhbətlər gedir,ləhçə ilə və jarqonla deyilən sözlər,çirkli əməlləri olan milislər və s. bir sözlə kriminal görüntüsü əmələ gəlir.Ancağ ortalardan başlayaraq heç aidiyyatı olmayan söhbətlər gedir,kriminal qalıb qırağda neçə nəfər adam bir qızın dalınca düşüblər və söhbət uzandıqca uzanır.Romanın demək olar yarısı bu mövzuya həsr olunur, axırlarında yenə məsələ bandaya qayıdır ancağ yola verdi şəkildə hərşey tez bazar həll olunur və "xoşbəxt sonluq".Debüt əsərləri həmişə yaxşı olur deyə gözləntim də buna uyğun idi.Üstəlik kitabda hərf səhvləri də az deyildi,bu məsələ artıq nəşriyyatın problemidir
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993359 okunma