Aykhan Mammadov

Aykhan Mammadov
@by_mammadov
"Millətçilərin qələbəsi millətin məğlubiyyətidir”.
Bir tanrılar xalqı olsaydı, demokratiya ilə idarə edilərdi. Belə mükəmməl bir idarəetmə forması insanların işi deyil.
Alıntı
"İnsanlar əvvəlki nəsillərlə müqayisədə daha tamahkar olmayıblar. Sadəcə, indiki dövrdə tamah sala biləcəyimiz şeylər həddən artıq çoxalıb".
Alıntı
Ancaq nasizmin ən fəal üzvləri Almaniyanı tərk edib bu müsəlman ölkələrində yer- ləşəndən sonra BƏƏS¹ partiyasının yaranmasını, onun hakimiyyətə gəlməyini, ərəb millətçiliyini, cihadı dəstəkləyib, ərəbləri yəhudilərə və amerikanlara qarşı mübarizəyə qaldırdılar. O nasistlərin bəziləri hətta öz dinlərini atıb, İslam dinini qəbul etdilər. Xəbəriniz var- mı ki, Hitlerin "Mənim mübarizəm" kitabı Suriyada ən çox satılan altı kitabdan biridir?
Allah var?O asılıdır fikrinizdə hansı Allahı tutmağınızdan . Kosmosun sirrini, yoxsa dünyanın qanunvericisini. Bəzən insanlar Allah haqqında danışanda, bizim tamamilə heç nə bilmədiyimiz böyük və əsrarəngiz sirr haqqında danışırlar. Biz bu sirli Allaha xitab edib kosmosun dərin müəmmalarını izah etməsini istəyirik. Niyə heç nə olmayacaq yerdə nə isə mövcuddur? Fizikanın fundamental qanunlarını yaradan nə olub? Şüur nədir və o haradan gəlib? Bu sualların cavablarını biz bilmirik və öz nadanlığımıza böyük Allah adı veririk. Bu sirli Allahın ən fundamental səciyyəsi odur ki, biz Onun haqqında konkret heç nə deyə bilmirik. Bu, filosofların Allahıdır; gecə ocaq ətrafında oturub haqqında danışdığımız və həyat nədir sualına cavab axtardığımız Allah.