- Təkəbbür, - keşiş qonaqlarına dedi, - xeyirxahlıq üçün yaradılmış mələyi tələf etdi. Zira o bütün insan talelərinin yoluna kötük itələyən, onları məhvə sürükləyən bir əngəldi.
Daxilimizdə iki fərqli gücün olduğunu başa düşürsənmi? Ruhun gücü və bədənin gücü, yəni daxilimizdə həm hərəkət, həm də onu nizamlayan var. Ruh həyatın təməlidi, deməli, həm də hərəkətdi. Bu hərəkətin hər hansı çəkidən, təkandan və ya qeyri-maddi bir təsirdən meydana gəlməsinin ürək üçün heç bir əhəmiyyəti yoxdu. Amma bədən olmasaydı, bu hərəkət qeyri-müntəzəm, nizamsız, qeyri-mümkün olardı! Başqa sözlə, bədən ruhu tənmizləyir və eynən saatın kəfkiri kimi nizamlı hərəkətə tabe edir.