- Niyə bir quşu azad olduğuna inandırmaq və bunun sübutu üçün bir az məşqə ehtiyacı olduğunu ona anlatmaq bu qədər çətindir? Axı nə üçün bu belə çətin olmalıdır?
Deyirdi ki, uçmaq qağayı üçün adi bir işdir, azadlıq isə onun mövcudluğunun əsas mahiyyətidir, bu azadlığı əngəlləyən hər nə varsa - adət, mövhumat və ya hansısa bir formada olan məhdudiyyət - kənara atılmalıdır.