"İki canavar" pritçası
Bir gün bir baba nəvəsinə dedi:
— İnsanların içində iki canavar yaşayır və onlar daim bir-biri ilə mübarizə aparır.
Birinci canavar:
qəzəb, paxıllıq, kin, qorxu və nifrəti təmsil edir.
İkinci canavar isə:
sevgi, mərhəmət, ümid, səbir və xeyirxahlığı təmsil edir.
Nəvə bir az düşündü və babasından soruşdu:
— Bəs baba, bu mübarizədə hansı canavar qalib gəlir?
Baba sakitcə cavab verdi:
— Sənin qidalandırdığın canavar..