8/10
·268 syf.··
2023 3. kitabı
·
6 günde okudu
·
Okunma: 30 Ocak 2023 01:57
Henri Çinaski Bukowskinin prototipidir. Uşaqlıq və yeniyetməlik illərindən danışır Çinaski. Atası sarıdan bəxti gətirməyib, kəmərlə döyürmüş onu və istəmirmiş danışmağını. Atasına görə uşaqların səsi gəlməməlidir. Varlı olmaq istəyən atası başda Çinaskinin kasıb məhəllə uşaqları ilə oynamasına icazə vermir. Çinaskini varlılar oxuyan Çelsi liseyinə göndərir. Bir sözlə atası varlı olmaq düşüncəsində ilişib qalıb. Çinaski uşaqlıqdan yalnızlığı sevir. Ona görə yataq otağında ən yaxşı yer yatağıdır. Yataqda onu narahat edəcək heç bir şey baş vermir. Onunla dost, tanış olmaq istəyən yaşıdları normal olsalar Çinaski həyatı, yaşamağı sevərdi. Qarşısına normal biri çıxmayan Çinaski özünü milçəkləri cəlb edən pox adlandırır. Çinaski məktəb illərindən bəhs edərkən çox səmimidir. Beysbolcu olmaq xəyalı quran Çinaski masturbasiya, içkini kəşf edib onlardan həzz alması, uşağın necə olması prosesini öyrənib atasının spermasından yaranmasını iyrənc sayması və qadınları dikizləməsi barəsində danışır. Lisey illərində həyatını məhv edən çibanları saymasaq Bukowski yenə yalnızdır. Bir liseydə oxuduqları Dazlak və Jimmy Hatcherlə münasibəti necə gəldidir. Çibanlar qızlarla ünsiyyət qura bilməyəcəyini düşünməsinə səbəb olur. Qızlara yaxın düşə bilməməsinə digər səbəb pulsuzluğudur. Atasının yazdırdığı varlıların oxuduğu liseydə onların yaşayışına baxıb özünü bir heç hesab edir. Həyatda heç nəyə maraq duymur. Liseyi bitirən Çinaski bir müddət işləsədə dava etdiyindən qovulur. Oğlunun işsiz olmağından utanan atası onu universitetə yazdırır. Ancaq Çinaski hər şeyə olduğu kimi universitetə maraq duymur. Gecələr pəncərədən qaçıb gecə həyatı yaşayan Çinaski atasının onun yazdıqları hekayələrə görə evdən qovması ilə qumar, içki və döyüşün əskik olmadığı avaraçılıq həyatına qədəm qoyur. Çinaskini
Ekmek ArasıCharles Bukowski · Metis Yayınları · 20228,3bin okunma