136 syf.
·
Not rated
O qədər çox hissəsi var ki,anlamadım,amma intonasiyayla oxumaqdan ele zövq aldım ki..Ən qəşəngi,ən sevdiyimi də.. Yedi adam biri bir gün bi kan gördü Gereğini belledi Yari alsa koynuna Ayırmaz kanı yanından Cahit Zarifoğlu,Erdem Bayazıt artıq mənimçün çox şey ifadə edir.Bəlkə də ona görə,bəlkə onları çox sevdiyim üçün,bəlkə də şeirlər həqiqətən də,çox gözəl olduğu üçün,amma səsli oxumaqdan boğazım ağrıyır.Və mən,çox uzun zaman oldu,bir kitabı tekrar oxumayalı,təkrar təkrar oxuyacam o şeiri,sevdiyin mahnını oxuyar kimi.. Şeirdə olan ruh qaranlıqdır,amma insanı qorxutmur,sadecə ümidlərini,sevgisini,inanclarını, ideallarını öz dünyasında gizləmiş adamın qaranlığı..İzah edə bilmərəm,amma çox sevə bilərəm.
Yedi Güzel Adam
Yedi Güzel AdamCahit Zarifoğlu · Beyan Yayıncılık · 202318.4k okunma
376 syf.
·
Not rated
Roman iki gəncin bir-birinə olan təmiz sevgisindən və onların qarşılıqlı münasibətindən bəhs etsə də, Azərbaycan ədəbiyyatında az işlənmiş parapsixologiya, ölümdən sonrakı həyat, ölümə yaxın təcrübə kimi məsələləri də incəliyinə qədər çatdırmışdır. Müəllif ilk romanı ilə həqiqətən uğurlu bir addım atıb desəm, yanılmaram. Həm qeyri-adi süjet xətti,
Ayrılıq
Ayrılıqİlqar Kamil · Parlaq İmzalar · 201520 okunma
Reklam
509 syf.
·
Not rated
Hər kəsə salamlar! 🤍 Bugün uzun müddətdir bitirdiyim lakin həm blokda olduğum, həm də vaxt tapa bilmədiyim üçün postunu ertələdiyim kitabın şərhi ilə qarşınızdayam. Dünya ədəbiyyatının ən məşhur əsərlərindən biri olan "Paris Notr-Dam kilsəsi" romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və
Notre Dame'ın Kamburu
Notre Dame'ın KamburuVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 202232.9k okunma
Çox gözəl izah.
Sən kiməsə onun elədiyi bütün yamanlıqları bağışlayırsansa, deməli, o insan sənin üçün artıq yoxdur.
Bilirsinizmi ki biz niyə vaxtından tez qocalırıq?
Ona görə ki, cəmiyyət tərəfindən təcavüzə məruz qalırıq. Mənəvi zorakılıqla beynimizə müəyyən ilahi plan və axmaq ideallar yeridirlər. Özümüzü kəşf etmək əvəzinə bizə hansısa sosial statusun əhəmiyyətini əzbərlədirlər və ona gedən yolun nəzəri və abstrakt metodlarını izah edirlər. Öz mənliyimizi qazanmamış itirib qocalırıq. Yetkin insanlar öz uğursuzluqlarını bizə göstərib deyirlər ki, "mənim kimi olma,filankəs kimi ol!" , halbuki kiminsə həyatını oğurlamaq, onun hərəkətlərini təkrarlamaq nəyə lazımdır? "Həqiqi dedektiv" (True detective) teleserialının ikinci mövsümündə gözəl bir epizod var. Epizodda dedektiv Vudrou deyir: Mən onlar tərəfindən nə deyildisə, hamısını etdim. Ordu, polis idarəsi, fərqi yoxdur. Mənasızdır. Sən edirsən, amma mənası yoxdur. Onlara o qədər uzun müddətdir qulaq asıram ki, kim olduğumu belə bilmirəm. Gözəl sözlərdir və mənliyimizi itirməmək üçün çox ciddi ismarıcdır.
Uşaqlıq
"Mənim ağlıma gəlməmişdi ki, yazıq İlenka bədəninin ağrısından çox, bəlkə də ona xoş gələn beş oğlan uşağının heç bir səbəb olmadan ona nifrət etmək və onu qovmaq qərarına gəlmələrinə görə ağlayırdı. Mən öz hərəkətimin amansız olduğunu heç bir vəchlə özümə izah edə bilmirəm. Necə olmuşdu ki, mən ona yaxınlaşmamış,onu müdafiə etməmiş və ona təsəlli verməmişdim? Yuvasından yerə atılmış dolaşa balasını və ya hasarın dalına atmaq üçün aparılan küçüyü, aşpaz arvadın şorba bişirmək üçün kəsdiyi toyuğu gördükdə məni hönkürtü ilə ağlamağa məcbur edən o mərhəmət hissi necə olmuşdu? Doğurdanmı, Seryojaya olan məhəbbətim və Seryojanın qarşısında onun özü kimi qoçaq görünmək arzum məndəki bu gözəl hissi öldürmüşdü? Bu məhəbbətim və qoçaq görünmək arzum axı elə böyük bir şey deyildi? Bu məhəbbətim və arzum mənim uşaqlıq xatirələrimin səhifələrinə yeganə qara ləkələr salmışdır."
Sayfa 82 - Şərq-QərbKitabı okudu
Reklam
504 syf.
9/10 puan verdi
fəlsəfə sevərlər üçün bu kitabı əldə etməkləri bir növ fəlsəfə müjdəsidir. Fikrimcə, bu kitabı daha da oxunaqlı edən nüans, fəlsəfəni nağıl kimi anlatılması idi. Məhz bu yolla fəlsəfə tarixi, gəlmiş keçmiş filosoflar, alimlər, onların həyatları, məqsədləri 500 səhifəlik kitaba rahat izah olunan dildə sığmışdır. Kitabı oxunaqlı edən ən əsas səbəb,
Sofinin Dünyası
Sofinin DünyasıJostein Gaarder · Qanun Neşriyat · 201836.8k okunma
174 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.