344 syf.
10/10 puan verdi
·
Liked
Real azadlıq
Doğan Cüceloğlu kitabları hər zaman çox yaxşı rəhbər rolu oynayır. Bu kitaba da başlayanda niyə daha əvvəl oxumadığımı düşündüm. Amma bildiyiniz kimi hər kitabın bir zamanı olur. Kitabda əsas mövzu olan real azadlıq və ona çatmağın yollarıdır. Mədəniyyət robotu anlayışı, mənəvi dəyərlər kitabda çox gözəl izah olunur. Sizə azad olmaq üçün hamıdan imtina etmək, qaçmaq, başqa ölkədə yaşamaq, ya da tək qalmaa kimi “absurd” şeylər deyilmir. İnsanın real azadlığa çatması bu kitabda fərqli üsullardan, olduğun yerdə, ətrafında dolu insanlar ola-ola izah olunur. Həmişəki kimi anlaşılan, sevimli və səmimi bir kitab olub, hər kəsə tövsiyə edirəm
Doğan Cüceloğlu
Doğan Cüceloğlu
Gerçek Özgürlük
Gerçek ÖzgürlükDoğan Cüceloğlu · Kronik Kitap · 20214,524 okunma
Xaqani İt*railin mənşəyini çox gözəl izah edir :)
Şeytan asqıranda törəmiş onlar, Məgər bu "möcüzə" şübhə edən var?!
Reklam
263 syf.
10/10 puan verdi
·
Read in 10 days
Heç sıxılmadan həvəslə oxuduğum kitab oldu. Oxuyan zaman sanki biri ilə söhbət edirmiş kimi hiss edirdim. Evrenin necə işləməsi çox rahat, anlaşılan dillə izah edilib. Yazar özündən nümunələr gətirməklə, yaşadığı çətinliklərlə dolu həyatını düşüncə tərzini dəyişərək necə istədiyi istiqamətə yönəldə bilməsini izah edir, həyatda qarşımıza çıxan bütün situasiyaların bizdən asılı olduğunu, baxış bucağımızı və düşüncələrimizi dəyişməklə həyatımızı istədiyimiz istiqamətə yönləndirə biləcəyimizi bildirir. Məncə Evrenin necə işlədiyi mövzusunda maraqlananlar üçün gözəl seçimdir.
Evrenden Torpilim Var
Evrenden Torpilim VarAykut Oğut · Doğan Novus Yayınları · 20153,246 okunma
320 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 19 days
Bəzi kitabların oxuma zamanı vardır, bəzi yolların başında oxunulmalı olanlar. Bu kitab isə elədir ki, heç vaxt bu kitaba gec qalınmaz, yeniyetməykən də oxuyanda çox şey öyrənmək olar, gənclik illərində də, evlilikdən öncə də, övlad dünyaya gətirəndə də, onu böyüdəndə də, bəlkə, 60 yaşında olanda da. Əsas olan özümüzü, bizi kəşf etməyə maraqlı olduğumuz zamana təsadüf etsin. Doğan Cüceloğlu hər şeyi öz ifadəsi ilə desəm - "sevgi dili" ilə izah edir ki, ən sərt sərhədləri olan insanlara da təsir edə biləcəyini düşünürəm. Bir az xəritə kimi bir kitab idi mənim üçün. Əlavə olaraq, kitabın sonunda film, kitab, hətta musiqi tövsiyələri var, hər tərəfi ilə çox gözəl idi️️..
Var mısın?
Var mısın?Doğan Cüceloğlu · Kronik Kitap Yayınları · 202127.5k okunma
88 syf.
·
Not rated
·
Read in 22 hours
Spoiler!!!
6 Nömrəli Palata Anton Çexovun yazdığı qısa hekayə olmasına baxmayaraq, iki personaj ilə cəmiyyəti izah etməyə çalışmışdır. Əsəri bəyəndim və bu əsər insanın daxili dünyasını, cəmiyyəti daha yaxşı başa düşməyə kömək edir. Əsərdə İvan Dmitriç adlı personajımız həyatda çətinliklərlə qarşılaşmış, özünü bir yalana inandıraraq sonunda dəlixanaya
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870.7k okunma
356 syf.
7/10 puan verdi
·
Liked
Hər kəsə salam. Bu gün sizinlə Yanvar ayında oxuduğum Yaponya məsləhətçisi Mari Kondonun “Evini də sahmana sal, həyatını da” kitabı haqqında fikirlərimi paylaşacağam. Kitabda “KonMari” metodu haqqında danışılır.Ümumi əşyalarımızın, geyimlərimizin saf-çürük edilmə prosessi izah olunur. Bəyəndiyim və ilk dəfə olaraq bu kitabda oxuduğum nüans da o idi ki, əşyalarımızın bizə sevinc bəxş etməsi haqqında geniş bəhs olunmuşdu . İstifadə etdiyim əşyalar mənə sevinc bəxş edirmi yoxsa sadəcə onu əşya olduğu üçün saxlayırdımmı bilmirdim.Kitabdan sonra “KonMari” metoduna addım-addım uyğunlaşaraq əşyalarımı saf-çürük etdim. Sevinc bəxş edən əşyalarıma təşəkkür etdim.Artıq yollarımızı ayırmalı olduğum əşyalara isə həyatımda bir rolunun olduğu üçün minnətdar edib, bu rolun başa çatdığını söyləyib ayrıldım. Kitabda həyatımızı da, evimizi də sahmana salmaq haaqında çox gözəl danışılıb.Tövsiyə edəcəyim kitablardan oldu. Oxumağa ayırdığım zaman üçün peşman deyiləm. Sonadək oxuduğunuz üçün Minnətdaram!
Evini Də Sahmana Sal, Həyatını Da
Evini Də Sahmana Sal, Həyatını DaMarie Kondo (Konmari) · Teas Press · 0211 okunma
Reklam
156 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.