Gülzar Abdullayeva

Gülzar Abdullayeva
@drgulzar
Həkim Psixiatr
Azərbaycan Tibb Universiteti
Bakı
10 okur puanı
Şubat 2024 tarihinde katıldı
10/10
·591 syf.··
Beğendi
·
2024 169. kitabı
·
7 günde okudu
·
Okunma: 30 Eylül 2024 23:18
3 ildən çoxdur ki, kitablarım arasında olan, ancaq anlamadığım bir səbəblə həmişə əlimə aldığımda baxıb-baxıb yerinə qoyduğum o kitabı, nəhayət ki, oxudum. Fərqli duyğular yaşatdı mənə kitab. Gah gülümsədim, gah boğazım düyünləndi, gah da göz yaşlarım kitabın səhifələri üzərində izlər qoydu... Əslində, indi də o qədər qarışıq duyğular içərisindəyəm ki, kitab haqqında nə yazacağımı, sözləri necə istifadə edəcəyimi bilmirəm, amma buna cəhd edəcəyəm... Kitab oğrusu... Kimdir kitab oğrusu? Ümumiyyətlə, oğurluq nədir? Xalid Hüseyni yazmışdı ki, ən böyük günahdır oğurluq. Yaxşı, bəs kitab oğurlamaq necə? Kitabsız qala bilməyən və kitabı da başqa bir yerdən əldə edə bilməyən birinin kitab oğurlaması da günahdırmı? Bəlkə də günahdır, hə. Amma bəzən elə günahlar, qaydalar var ki, ana, duyğuya görə onları görməzdən gəlmək lazımdır. Haradasa "Oxuyan oğurlamaz, oğurlayan oxumaz" deyə bir cümlə oxumuşdum. Ancaq əsas qəhrəmanımız, kitab oğrusu Lizelin timsalında isə biz görürük ki, bəli, oxuyan oğurlayır və oğurlayıb oxuyur... Keçək kitabın mövzusuna, hekayəsinə... Bu hekayə - balaca alman qız olan Kitab oğrusu Lizelin, yəhudi olduğu üçün təqiblərə məruz qalan Maksın, sevgisi ilə insanın qəlbinə toxunan Ata - Hansın, üzdə sərt, dili acı olsa da, ipək kimi ürəyi olan Ana - Rozanın və dəcəl, amma saf qəlbli, cəsur Rudinin hekəyisidir... Elə bir hekayə ki, qəlbin ən incə tellərinə toxunan... Və bu hekayə müharibə, dostluq, sevgi, ailə bağlılığı, ağrı-acı və bir çox başqa məziyyətləri özündə birləşdirir. Kitabı fərqli və daha mükəmməl edən isə onun təhkiyə üsuludur. Burada hadisələri “Ölüm” nəql edir. Kitabın ilk səhifələrində “Ölüm” özünü bizə təqdim edir və "Mənimlə gəlin, sizə bir şey göstərəcəyəm" - deyir. Təbii ki, ona qoşularaq kitab oğrusunun hekayəsinə daxil oluruq. Və budur,
Edebiyat
Kitab OğrusuMarkus Zusak · Qanun Nəşriyyatı · 201814,5bin okunma
Gülzar Abdullayeva
🤌🏻👏🏻
Reklam
"Üzü bəri baxan dağlar, Mənim sizdə nəyim qaldı?"
10/10
·224 syf.··
Beğendi
·
2024 69. kitabı
·
33 saatte okudu
·
Okunma: 23 Mart 2024 21:58
Bəzi kitablar vardır oxumaq istəyib də hər dəfə bir səbəblə oxumağı ertələyərsiniz və bir gün tam da onu oxumaq zamanının gəldiyini düşünüb başlayarsınız oxumağa. "Söyüdlü arx" da mənim üçün o kitablardan idi... Nə yaxşı ki, indi oxudum... Elə gözəl idi ki. Bitməsini istəməyəcək qədər gözəl... Və əminəm ki, daha əvvəl oxumuş olsaydım, bu qədər dərin təsir etməyəcəkdi. Məzmun? Təsirli bir eşq hekayəsi deyib susum... Əsər o qədər gözəl yazılıb, təbiət təsvirləri, kənd həyatı möhtəşəm şəkildə təsvir olunub və elə rəngarəng obrazlar yaradıb ki yazıçı; İmi, Cimi, Nəriman əmi, Murad, Qulu, Qərənfil bacı və s. Bu obrazlar oxuduqca oxucunu gah güldürür, gah da içini sızıldadır. Bir də Nuriyyə var, təbii... Əsas qəhrəmanımız... (Ah Nuriyyə, sən necə güclü, necə dözümlü idin...) Çox sevərək oxuduğum kitab oldu "Söyüdlü arx". Bəzi hissələri gülümsəyərək, bəzi hissələri qəlbimdə bir sızıltı və göz yaşlarımla oxudum... Nuriyyənin həyatından bəzi hissələr vardı, elə qəlbimə toxunurdu ki... Kitabı mənimlə birlikdə oxuyub, oxuduqca da qarşılıqlı şəkildə fikirlərini mənimlə bölüşdüyü üçün @miracleee0808 yə təşəkkür edirəm. Bu kitabın mənim üçün yeri həmişə xüsusi olacaq... Hələ də oxumamısınızsa, tövsiyə edirəm. Kitabla qalın...
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,303 okunma
Gülzar Abdullayeva
Dəyərli kitab…Gözəl təhlil🌿