Dunya Amiraslanova

Puan vermedi·158 syf.··
2025 9. kitabı
Tibb oxumayan birisi olaraq bu kitabı oxuyarkən tibbi biliklərdən çox insani hisslərə fokuslandım. Genç Bir Doktorun Anıları mənə ən çox çarəsizliyin necə ağır bir hiss olduğunu göstərdi. Bəzən insan həyatında elə vəziyyətlərə düşür ki, çıxış yolu görmür, amma məhz həmin anlarda qorxuları ilə üzləşməkdən başqa çarəsi qalmır. Kitabda da baş qəhrəman təcrübəsiz, yeni məzun olmuş bir həkim olmasına baxmayaraq, qorxularının üzərinə gedir və çətinliklərə baxmayaraq bir çox uğur qazanır. Onun ilk əməliyyatları, verdiyi riskli qərarlar və bəzən heç nədən əmin olmadan irəliləməsi, əslində həyatın özünə də bənzəyir — insan bəzən hazır olmadan başlamağa məcbur olur. Mən deyə bilərəm ki, qəhrəman məhz qorxuları ilə üzləşdiyi üçün zamanla dəyişir. Əvvəl panikaya düşən, özünə güvənməyən biri ikən, bir müddət sonra daha olğun, soyuqqanlı və güclü bir insana çevrilir. Bu inkişaf sadəcə bir həkimin peşə yolculuğu deyil, eyni zamanda bir insanın öz iç dünyasında böyümə hekayəsidir. Kitabın ən təsirli tərəfi odur ki, o, mükəmməl bir qəhrəman yaratmır. Əksinə, səhv edən, qorxan, yorulan, amma yenə də davam edən bir insan göstərir. Bu da oxucuya belə bir mesaj verir: cəsarət qorxmamaq deyil, qorxa-qorxa irəli getməkdir. Nəticə olaraq, bu kitab mənə peşə seçimi fərq etmədən bir həqiqəti xatırlatdı — insan çarəsizlik içində də güclənə bilər, yetər ki qorxuları ilə üzləşməyə cəsarəti olsun. Sadə dili olan, axıcı kitabdır. Oxumaq istəyən hər kəsə tövsiyyə edirəm.
Genç Bir Doktorun AnılarıMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202332,1bin okunma