İnsan təbiətən qədirbilməz olur. Bəzən zahiri parıltının, dəbdəbənin içində daxili rahatlığınla, qayğısızlığınla şad-xürrəm yaşayırsan, bununla belə, darıxırsan, özünə heç nədən problem yaradırsan... Bilmirsən o gözəl günlərin qədrini... Və yalnız o günləri itirəndən sonra - çətinliyə, əzab-əziyyətə tuş olanda itirdiklərinin nə demək olduğunu başa düşməyə başlayırsan.
Amma bəzən də heç nə yağışın yağacağından xəbər vermir. Qəfildən aydın səmada bulud peyda olur, vurhavur yağış tökür. Bax, uzaqdan gələn yağış bu imiş...