Nabiyeva

Nabiyeva
@efuli_m
14 yanvar
Əlbəttə, diqqətli olmaq əmək və düşüncə tələb edir, lakin bu, iplərinizin kiminsə əlində olmasından daha yaxşı deyilmi?
Sayfa 29·Kitabı okudu
Reklam
13 yanvar
Sərəncamınızda yalnız sizin seçiminiz, iradəniz, idrakınız var. Bunu unutmayın...
Sayfa 28·Kitabı okudu
12 yanvar
Bu səhər nəyin sizdən asılı olduğunu və nəyin sizdən asılı olmadığını xatırlayın. Diqqətinizi ikinciyə deyil, birinciyə yönəltməyə çalışın. Nahardan əvvəl özünüzə xatırladın ki, malik olduğunuz yeganə şey qərar vermək bacarığıdır (dərrakə və məntiqinizdən istifadə etməklə). Heç kəsin əlinizdən tamamən ala bilməyəcəyi yeganə şey budur. Axşamtərəfi özünüzə xatırladın ki, məsələ təkcə sizin seçimlərinizdə deyil—sizin taleyiniz yalnız sizdən asılı deyil. Dünya fırlanır, biz də onunla birlikdə fırlanırıq Axşam çox şeyin sizdən asılı olmadığını və seçimlərinizin harada başlayıb harada bitdiyini bir daha özünüzə xatırladın. Yatanda xatırlayın ki, yuxu— təslim olma və etibar formasıdır, bunun necə asan baş verdiyini düşünün...
Sayfa 27·Kitabı okudu
11 yanvar
...sabitlik və sakitlik mühitin deyil, sizin seçimlərinizin və mühakimənizin nəticəsidir. Əgər siz dincliyi pozan hər şeydən: digər insanlardan, müxtəlif hadisələrdən, stresdən çəkinməyə çalışırsınızsa, heç vaxt uyğur əldə etməyəksiniz. Hara qaçsanız, harada gizlənsəniz, problemləriniz sizi təqib edəcək. Lakin siz bu problemlərə səbəb olan təhlükəli və ziyanlı mühakimələrdən çəkinməyə çalışsanız, nə olursa olsun, istiqrarlı və möhkəm qalacaqsınız.
Sayfa 26·Kitabı okudu
10 Yanvar
...Şüurumuzdan istifadə etmədiyimizə görə mühakimələrimiz yanlış olsa, hər şey yanlış olacaq və biz həyatın xaosunda, qarışıqlığında sabit qalmaq bacarığımızı itirəcəyik. Əgər sabit qalmaq istəyirsinizsə, əgər aydınlıq istəyirsinizsə, bunun ən yaxşı yolu doğru mühakimələr yürütməkdir.
Sayfa 25·Kitabı okudu
Reklam