Nələrin nəzarətimizdə olduğunu düzgün anlamağımız bizə dünya haqqında düzgün təsəvvür bəxş edir. Xaricə yönəldiyiniz zaman özünüzə xatırladın ki, daxilinizə yönəlməyiniz daha yaxşı və daha münasibdir.
Asılılığı olan bir adam belə deyib: "Asılılıq nəfsini gözləmək sərbəstliyini itirməkdir". Gəlin bu sərbəstliyi özümüzə qaytaraq.
Asılılığın müxtəlif formaları var. Qazlı su... Narkotik... Şikayətlənmək... Qeybət... İNTERNET... Dırnaq yemək... Siz nəfsinizi gözləmək bacarığınızı geri qaytarmalısınız, çünki təfəkkürünüzün aydınlığı və özünüzə nəzarət məhz bundan asılıdır.