Hər şeyi sonuna kimi planlaşdırın.
...Başladığınız işin sonunu düşünün.
...Əgər sizin səyləriniz bir məqsədə yönəlməyibsə, əgər onların səbəbi yoxdursa, siz hər gün nə edəcəyinizi necə biləcəksiniz? Nəyə "hə" nəyə "yox" deməli olduğunuzu necə biləcəksiniz? Əgər istiqamətinizi müəyyən etməmisinizsə, məqsədinizə nə vaxt çatdığınızı, yolunuzu nə vaxt azdığınızı necə biləcəksiniz?
" Həyatın viran oldu, sən isə nə itirdiyini dərk etmədin? Mənasız kədər, boş sevinc, acgözlük, sünilik həyatını viran etdi. Bəs sənə səndən nə qaldı? Vaxtından əvvəl öldüyünü, məhv olduğunu dərk edəcəksən!"
... mənasız şeylərə nə qədər çox "yox" desəniz, mənalı şeylərə bir o qədər çox "hə" deyəcəksiniz.
Biz yalnız "azad insan təhsil ala bilər" fikrini söyləyən kütləyə inanmamalıyıq, biz yalnız "təhsil almış insan azaddır" fikrini söyləyən filosoflara inanmalıyıq...
Yadda saxlayın ki, qeyri-real hadisələrə sərf olunan zaman dəyişə biləcəyimiz şeylərə sərf olunmayan zamandır.
Allahım... mənə dəyişə bilmədiyim şeyləri qəbul etmək üçün qəlb rahatlığı, dəyişə biləcəyim şeyləri dəyişmək üçün cəsarət, bunların fərqini bilmək üçün müdriklik bəxş et.