Əlfəcin ️

Puan vermedi
Milçəklər Tanrısı Atom bombasından qorunmaq üçün qaçırılan uşaqlar təyyarə qəzasıyla bir adaya düşürlər. Çoxu 6 yaşlı uşaq, bir neçəsi isə böyük 12 yaşlarında uşaqlar olur. İlk olaraq Ralph'la xarici görünüşünə görə Donuzcuq adlandırılan oğlan tanış olur. Daha sonra digər uşaqlar peyda olmağa başlayır. Ralph rəis seçilir. Dəniz qabığıyla toplantı keçilir.Ralph alovun yandırılmasını, Jack isə ova gedilməsini önəmli hesab edir. Beləliklə uşaqlar 2 qəbiləyə ayrılır. Xoş xassiyyətli olan uşaqlar zamanla vəhşiləşməyə başlayırlar. Jack və qəbiləsi donuz ovlayır, boyalarla üzlərini maskalayır, Qaya qalasına toplaşır, Ralphın sığınacağına hücum edir, onları yaralayır, Donuzcuğun eynəyini oğurlayırlar. Ada da yaşayan canavarların, qarabasanların olduğundan qorxurlar. Simon adlı uşaq ölü paraşütçü görür dağda. Bunu gecə uşaqlara xəbər verərkən onu canavar sanıb vəhşicəsinə öldürürlər. Və növbəti qurban Donuzcuq olur. Jack donuzun başını kəsdikdən sonra nizəyə keçirib meşədə basdırır. Onların yanlış davranışlarına qarşı çıxan Ralphı öldürmək istəyəndə Ralph yaralı halda onlardan qaçmağa başlayır. Milçəklərlə əhatələnən donuz başını görəndə canavar olduğunu düşünür. Yumruqlayaraq başını iki yerə ayırır. Ulayan qəbilənin səsini eşidib kolluqda gizlənir. Tapılır, yenidən qaçır və vəhşiləşmiş uşaqlardan uzaqlaşıb adanın kənarına çatır, bir dəniz əsgərini görür. Digər uşaqlarda əsgərlərin yanına yaxınlaşır. Ralph iki nəfərin öldüyünü və neçə nəfər qaldıqlarını bilmədiyini deyərkən ilk dəfə yaşananları xatırlayaraq zəifliyinə qarşı gələ bilməyib ağlamağa başlayır digər uşaqlarda göz yaşlarını tuta bilmirlər. Kitabda o qədər incə ayrıntılar, nüanslar var ki, insanı düşünməyə vadar edir. Kiçik uşaqların mühitdən asılı olaraq vəhşiləşməsi, bir-birinə zərər verərək öldürməsi və xilas olduqları
1000Kitap
Milçəklər TanrısıWilliam Golding · Qanun Nəşriyyatı · 201797,5bin okunma
Reklam
Bataqlıqdan- Ağ zanbaqlar ölkəsinə
Puan vermedi·188 syf.·
2023 49. kitabı
Böyük xaraba qalmış bir ev... Bütün pəncərələri bağlı... Kənardan baxana tərk edilmiş bir ev təəssüratı bağışlayır.. içərisi qaranlıq, boğucu, rütubətli və ağır havası olan bu ev böyük bir qəbiristanlığa oxşayır. Bura bir qrup qoçaq, güclü gənc gəlir. Çox şən və ağıllı insanlar .. Tez bir zamanda evin pərdələrini çəkib,pəncərələrini açırlar. Evin içinə gün işığı, təmiz hava və çiçək qoxusu daxil olur. İçəridə sanki bir canlanma müşahidə edilir. Binanın ətrafı da abadlaşdırılır, yenilənir. Ətrafdakı insanlar da artıq cinli-pərili evdən uzaq qaçmırlar. Yanmna gəlib yenilənən binanı heyranlıqla seyr edirlər. Baxın, belə bir dəyişiklik hər ölkədə, hər şəhərdə, hər bölgədə və unudulmuş, tərk edilmiş hər bir kənddə edilə bilər. Bunun üçün sadəcə dinamik fikirli, oyaq ruhlu və inkişaf yolunda çalışmaqdan yorulmayan, usanmayan əksinə bundan zövq alan, etdiklərindən həyəcanlanan insanlara ehtiyac var.
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Xan Nəşriyyatı · 2016124,8bin okunma
Qaraqan
10/10
·132 syf.·
2023 1. kitabı
Bala, lap tutaq ki, sənin danışdığın hekayə düzdür, tutaq ki, elə bir Mələk var! Mən bu qoca yaşımda sənə necə kömək edə bilərəm ki? Bu məscid çox insan üçün son ümid yeridir. Bəs onlar əsəbiləşib buranı bağlasalar? Onda necə olacaq? Qaranlığı məhv etmək üçün əlindəki yeganə şamla hücuma keçə bilməzsən. Çünki o sönsə ikinci şamı heç cürə yandıra bilməzsən. İman da ürəklərdə yanan şamlardır. Birdən alışmaz, birdən işıq salmaz, damla-damla, ovuc-ovuc yayılar,çoxalar! Hər kəs öz şamını tutmalıdır. Mən ona diqqətlə baxıb pıçıltı ilə son sözləri dedim: - Mələyi zorlayırlar , siz də şam tutursuz ...
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20122,010 okunma
Kafka'nın vəsiyyəti
Puan vermedi·128 syf.·
2023 46. kitabı
Əzizim Maks, son xahişimi dinlə: mənim mirasım içində (yəni kitab yeşiyində, dəyişək dolabında, yazı masasında, evdə, dəftərxanada, yaxud harasa düşən və sənin gözünə sataşan hər hansı yerdə ) gündəliklərdən, əlyazmamdan, özümün və özgənin məktublarından, rəsmlərimdən və ilaxır, -hər nə tapılsa, hamısı oxunmadan məhv edilməlidir. Yazdıqlarımdan, çəkdiklərimdən səndə nə varsa, hamısını yandırarsan, başqalanında olanları da yandırmağı mənim adımdan xahiş edərsən. Məktubları sənə qaytarmaq istəməyənlər, qoy onda zəhmət çəkib onları özləri yandırsınlar..
1000Kitap
VəsiyyətFranz Kafka · Qanun Nəşriyyatı · 202066 okunma