Sizə zərər verəcək alışqanlıqlardan uzaq durun. Çünki bir insanda bir alışqanlıq kök saldısa, o insan artıq o alışqanlığın köləsi olur. Siz heç kimin və heç nəyin köləsi olmayın!
Hər hansı yerdə yırtıcı heyvanlar beş-on inəyə, bir neçə qoyun ya da ev quşlarına zərər versələr bütün kəndlilər həmin an silaha sarılıb bu yırtıcı heyvanları öldürmək üçün ova çıxırlar. Lakin, insanların sağlığı, hüzuru və ruhunu zəhərləyən alkoqol xəsətəliyi kimi bir alışqanlığa qarşı, onunla vuruşmaq üçün heç bir tərəfdən cavab olaraq kiçik bir hərəkət belə görülmür".
Kəndlərdə yaşayan insanlarımızın necə bir həyat sürdüyünə diqqət edin! Onların evləri dar, qaranlıq və rütubət qoxuludur. Pəncərələri kiçik, tavanları alçaqdır. Bu kəndlilərin həyatları da yaşadıqları evlər kimi, soyuq və bərbaddır. Kişilərin qadınlara qarşı olan rəftarı isə heyvanlara edilən rəftardan heç də fərqlənmir. Kəndlilər həyatlarım ibtidai insanlar kimi
bir yığın dedi-qodularla, bir-birləri ilə dalaşmaqla keçirirlər. Axmaqcasına içki içirlər, qısası, böyük bir sürətlə əxlaqi eniş yaşayırlar.
Qısası, "Bunu da biz istehsal etmişik" deyə biləcəyimiz heç bir məhsulumuz yoxdur. Yurdumuza hər şey kənardan idxal olunur. Ozü də necə?! Od bahasına, elə deyilmi? Bu mallar çox baha olduğundan nağd ödəmirik. Xarici malları ancaq hissə-hissə ödənişlə alırıq. Nəticədə qiymətlər qat-qat artır. Amma biz yenə də yersiz və şişirdilmiş Öyünmələrə davam
edir və "bizim ölkəmiz dünyanın ən zəngin ölkələrindən biridir" deyirik. Bunun qarşılığında insanlarımızın necə bir həyat yaşadığına diqqətlə baxın!.. Düşünün ki, yüz milyonlarla insan və nəhəng bir millət öz nemətlərindən tamamilə məhrumdur və yoxsul bir
vəziyyətdədir.