13ulud

13ulud
@ennuurrrr
İçimdə bir ümid öldü bu səhər Oyanmadı, yırğaladım beşiyin Mən, ağ oldum taleyimin üzünə Nə günahı var ki, qara pişiyin? Uşaq idim, yıxılardım, durardım Əzilərdim topuğumdan dizəcən. Mən təzəcə bir üstdə bir gəlirdim. Fələk sayıb bitirmişdi yüzəcən. #AnarRamazan
Şiir
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Axı kişilər də keçib xəlvətə, Gözdən ovuc-ovuc yaş tökə bilir. Fikirdən, əzabdan itmiş başına, Özü öz əliylə daş tökə bilir. Səbinə Xosiyeva
Bir ovuc xatirəm var, bölüb-bölüşmədiyim. Gözləmək necə olur, yüz il görüşmədiyim? Səbəbini bilmədən ömür boyu darıxdım. Ömrümün laçın çağı səni yada buraxdım. İllərin uzağından alıb gətirdin məni. İndi quru xəyalam, bir kəs itirdin məni. O məndən nə qalıb ki? Başdan-başa xatirə. Bu qədər sevdiyini adam necə itirər? Səhəri dirigözlü açdım, Günəş çıxmadı. Necə oldu əllərin göz yaşımı silməyə bir kərə darıxmadı? İndi əllərin də boş tumar qalmayıb mənə. Mənim tumar payımı, vermisən özgəsinə...
Şiir
Əvvəlcə axşam düşər, sonra mənim ürəyim… Küləklər dənizlərin üzünü qırışdırar. Qapını cırmaqlayar səni görmək istəyim, Səbrimin pişiyini divara dırmaşdırar. Əllərimi yandırar soyuq, quru fotolar Axtararam, tapmaram otağımda ölməyi… Külqabıda dəfn olar siqaretlər, qutular, Qədəhlərə boşalar şüşələrin ürəyi. Mən bu sevgi testini istəmirəm yoxlayım, Qorxuram üç doğrunu silər yanlışın biri. Başın çiynimdə yoxdu, səni necə qoxlayım? Əllərimdə darıxır əllərinin boş yeri… Mən bir az öz-özümdən, bir az səndən gedirəm Mən hamıdan gedirəm gəlib sənə çıxmağa… Hər səhər darıxmağı parça-parça edirəm, Hər gecə qandallanır ürəyim darıxmağa… Qismət Rüstəmov
Şiir
Bu şəhər nə yaman tozlu şəhərdir, Burdakı hər kəsin üzəri tozdur. Nədən ağ adamlar görünmür gözə? Nədən adamların hamısı bozdur. Fəsillər dəyişib xarakterini, Yağır bu şəhərə, qara qar yağır. Bu şəhər gülməyi unudub sanki, Hamının üzündən zəhirmar yağır. #Elvinİlqaroğlu
Şiir