İlk oxuduğum kitab. İllər öncə oxumuşdum. Uşaq idim onda..üstündən 10 ildən çox vaxt keçib ama hələ də çox hadisələr yadımda idi. Cek Londonun məncə yazdığı ən yaxşı əsər Ağ diş romanıdır. Fərqli olmasına rəğmən həyatta qalmaq üçün mübarizə aparan bir qurdun gözündən sevgi, güvən, mərhəmət, acı kimi duyğular irəli sürülür. İstəməsə belə sırf soylarına bağlılıqı və soylarından gələn o içindəki duyğulara sadiq qalan Ağ diş həm də onu idarə edən Tanrılarına sadiq olur. Bəzi Tanrıların zalim bəzilərinin isə yaxşı olduğunu anlayır. Sevginin əhəlləşməsi mümkün olmayan bir heyvana belə təsiri inanılmaz olur.
İnsanlarda da soylarından gəlmə instinktlər var.. Bir insan birşeyi istəyirsə onu əldə etmək üçün nə lazımdısa içgüdüsel olaraq bunu edir. Bu bizdə dünən yox min illər boyunca formalaşıb. İllər boyu soyumuzun birşeyi əldə etmək üçün çabalamasından irəli gəlir. Bir quru çörək üçün, balaca şirin meyvə üçün mübarizə aparmalarından bəri var bu içimizdə..Ama insan oğlu heç vaxt əldə etmək istədiyi şey üçün özünü təlim etməyə çalışmadı..Sadəcə istədiyi şeyi gördüyü an içində onu əldə etmə duyğusu yarandı.. Duyğular dəyişməz. Sadəcə istəklərimiz dəyişib illər boyu..Nə olursa olsun soyumuzun bizə buraxdığı bütün duyğuları yaşayırıq. Bəziləri mürəkkəb, bəziləri dayaz. Ama bizə ən lazım olan anda ən lazım olanları daha dərindən hiss edə bilirik. Duyğularımızı sevməli və azad buraxmalıyıq ki, qoy onlar özləri qərar versin nə edəcəklərinə.