Vüqar Mustafayev

Vüqar Mustafayev
@entrelibroo
Cuanta menos gente, más libre soy.
Tələbə
Bakı
Rusya/Samara, 24 Eylül 2004
67 okur puanı
Nisan 2024 tarihinde katıldı
Ən güclü distopik əsərlərdən biri.
Puan vermedi
Kitabda gələcəkdə baş verə biləcək texnoloji və sosial dəyişikliklərin insan azadlığı, fərdilik və mənəviyyat üzərindəki təsirləri dərin şəkildə tənqid olunur. Tənqid olunan məqamlar tanış gəldi, elə deyilmi? Çünki bu gün də texnologiyanın yaratdığı asılılıq insanın mənəviyyatını boğur. Əsl dəyərlər — sevgi, anlayış, sədaqət — sanki itib. Hər şey dəyişib: sevgi ehtirasa, əyləncə mobil oyunlara, dostluq isə kompüterə və telefona çevrilib. Huxley kitabda yalnız gələcəyi yazmayıb..sanki bu günümüzü də yaşayıb. Bizim indi yaşadıqlarımızı o qədər çılpaq şəkildə təsvir edib ki həqiqətən inanılmazdır.. Kitabın başlanğıcında bir az sıxıla bilərsiniz, amma oxumağı dayandırmayın..
1000Kitap
Yeni Cəsur DünyaAldous Huxley · Qanun Nəşriyyatı · 201873,1bin okunma
Qumarbaz – Dostoyevskinin daxili mübarizəsinin tərcüməsi
8/10
·175 syf.··
2025 12. kitabı
Qumarbaz, Dostoyevskinin öz ruhunun ən zərif, ən dağınıq, ən ehtiraslı qatlarını oxucuya açdığı bir etirafdır. Hər sətrində aludəçilik var – yalnız qumara deyil, sevgiyə, hörmətə, qəbul
1000Kitap
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201888,4bin okunma
Nəfəskəsici sonluq
9/10
·400 syf.··
2025 7. kitabı
İlk səhifəsindən son səhifəsinədək səssizliyin içində qışqırmağa vadar edən bir psixoloji triller. Susqunluğun əslində necə amansız bir silaha çevrilə biləcəyini göstərən təsirli bir kitab. Romanı oxuyarkən bəlkə də beynimdə yüzdən çox ehtimal qurmuşdum sonluqla bağlı, amma heç biri doğru çıxmadı. Möhtəşəm tərs köşə ilə sizi sözün əsl mənasında şoka salacaq bir əsər. Eyni zamanda kitab xəyanətin nə qədər amansız bir şey olduğunu və onun fəsadlarını da aydın şəkildə nümayiş etdirir. Romanın mərkəzində Alicia Berenson adlı məşhur rəssam dayanır. O, həyat yoldaşını amansızcasına öldürdükdən sonra bir daha danışmır. Roman səssizliklə başlayır – sözlər yox, rəsmlər danışır. Bu susqunluq insanın beynində narahatedici bir sual doğurur: "İnsan niyə danışmağı dayandırar?" və "Alicia niyə susur?" Yunan mifologiyasının əsərə qatdığı simvolik gözəllik, geriyə dönüşlər, rəsmlərlə uzlaşmalar və son səhifələrdə açıqlanan həqiqətlər nəfəsinizi kəsəcək. Mütləq oxuyun.
1000Kitap
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 202112,6bin okunma
10/10
·880 syf.··
2025 6. kitabı
·
23 günde okudu
·
Okunma: 23 Mart 2025 00:00
“Anna Karenina” – Sevgidə Azadlıq Axtaran, Xəyanətdə Boğulan Bir Qadının Hekayəsi Lev Tolstoyun bu əsəri təkcə rus ədəbiyyatının deyil, dünya ədəbiyyatının ən dərin, ən təsirli romanlarından
Edebiyat
Anna KareninaLev Tolstoy · Bakı, Teas Press Nəşriyyatı · 202355,4bin okunma
Absurdizmin banisi
10/10
·136 syf.··
2025 3. kitabı
·
11 saatte okudu
·
Okunma: 17 Şubat 2025 12:34
Baş qəhrəman, ekzistensializm və absurdizm baxımından çox dərin obrazdır. Onun xarakteri duyğusuz, laqeyd və sosial normalara uyğun gəlməyən bir insandır. Həqiqətən oxuduqca xarakterini dərindən hiss etmək mümkündür... Anasının ölümünə qarşı biganəliyi, sevgilisi Mariyə qarşı hisslərinin olmaması və ümumiyyətlə hadisələrə emosional reaksiya verməməsi onun ən əsas xüsusiyyətlərindəndir. Cəmiyyətin qəbul etdiyi norma və dəyərlərə uyğun gəlmir. İnsanların gözlədiyi şəkildə kədərlənmir, vicdan əzabı çəkmir və adi insanlar kimi sosial əlaqələrə əhəmiyyət vermir. Ancaq, Obrazın xüsusiyyətlərinə nihilist adı vermək olmaz. O, Nihilizmin bəzi xüsusiyyətlərini daşısa da, tam mənada nihilist deyil. O, mənəvi dəyərləri və sosial qaydaları rədd edir, lakin fəlsəfi mənada tamamilə dəyərsiz və boş bir həyat yaşamağı qəbul edən biri deyil. O, daha çox absurdist obrazdır. Kamunun absurd fəlsəfəsinə görə, insan həyatın mənasızlığı ilə üzləşir və onu olduğu kimi qəbul edərək yaşamalıdır. Obraz da məhz bunu edir – həyatın mənasız olduğunu qəbul edir və ona qarşı soyuqqanlı yanaşır. Yəni Merso nihilizmdən çox absurdizmə uyğun gələn bir personajdır. 10/10
1000Kitap
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2011137bin okunma