Sürücüsünü gözləyən Baratov, qəti qərara gəlib, bir də
mayor Cavadova zəng vurdu:
- Cavadov, mənim fikrimcə, Leopard bu saat
malikanəyə gedir. Şəhərdən çıxmaq üzrə olar. İndi, yəqin
ki, intiqam həvəsi onun ağlını başından alıb. Təcili olaraq,
onun yolu üstündə olan hərbi və yol polisi postlarına xəbər
ver. Qoy onu tutub saxlasınlar. Amma elə et ki, onun
əslində kim olduğunu və məqsədini bilən olmasın!
Bu vaxta qədər həmişə Leopardın əleyhinə olan, onu
kobud, məsuliyyətsiz, bəzən, hətta qəddar adlandıran
Cavadov, indi, nədənsə, başqa cür münasibət göstərdi:
- Niyə, cənab polkovnik? Gedirsə, buraxaq getsin!
Bizdə bir yaxşı məsəl var, deyir, dinsizin öhdəsindən
imansız gələr...