Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax,
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Sən bizim dağlar pələngi qəhrəman Eldara bax!
Nə deyim, nə deyim tale deyənə? Könlüm ayrılmayır xanimanından, Gözlərim doymayır insan qanından.
Bu nədir, canımda üşütmələr var?
Aha... nə dərindir bu uçurumlar?.. Gözlərim qaralır... aman... ölürəm!.. Ha... ha... ha... Bu nədir? Yoxsa gülürəm?
Günahsız qanlarmı gözümə durur?
Yox, yox! Hələ qəlbim qaydayla vurur,
Xeyr, ölməmişəm hələlik sağam,
İndi mən ölümlə çarpışacağam!
Sənsə həqiqətin ağzına daş bas!
Mən az görməmişəm bu sarayları,
Burda göyə çıxan ahü vayları...
Görmüşəm şahların vəfasını mən,
Xanların zülmünü, cəfasını mən.
Görmüşəm zamanın min rüzgarını,
Dustaq anaların göz yaşlarını.
Vidadi:
Xeyr! o Vaqifdir, eşqə gələrək
Bəzən qamçılayır zəmanəsini,
Allah da çox sevir şerin səsini.
Qacar:
Allah da çox sevir? Allaha yalvar, Onun məndən də cox ədaləti var,
Əgər bacarırsa, qoy sağ saxlasın...