Tahmini Okuma Süresi:
3 sa. 38 dk.
Sayfa Sayısı:
128
İlk Yayın Tarihi:
1937
Yayınevi:
Şərq-Qərb
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Ciltli
Reklam

Yorumlar ve İncelemeler

10/10
·128 syf.··
Beğendi
·
2022 21. kitabı
·
1 saatte okudu
·
Okunma: 21 Şubat 2022 00:00
Ədəbiyyatda Səməd Vurğunu keçərkən Vaqif dramını da keçirdik və mövzusu çox maraqlı olduğu üçün kitabı oxumağa qərar gəldim. Vaqif dramı Molla Pənah Vaqifin həyatı haqqındadır. Molla Pənah Vaqif Qazaxda anadan olmuşdur. Molla Pənah Vaqif təhsilli olduğu üçün məşhur idi. Qarabağ xanı İbrahimxəlil xan onun Qarabağa dəvət edir. İndiki dövrlə nəzərə alsaq, xarici işlər naziri kimi idi. Molla Pənah Vaqifin yaxın dostların biri Vidadi olmuşdur. Ancaq 1797-ci ildə Ağa Məhəmməd Qacar Şuşaya yürüş edir. Bu vaxt Molla Pənah Vaqifi və oğlu Əlibəyi öldürtmək qərarına gəlir. Ancaq Ağa Məhəmməd şah Qacar özü sui-qəsd ilə öldürülür. Ağa Məhəmməd şah Qacar Şuşaya yürüş edən zamanı İbrahimxəlil xan qaçmışdı. Sonra Molla Pənah Vaqif İbrahimxəlil xana məktub yazır ki, Qarabağ xanlığına geri qayıtsın. Onun məktubu Məhəmməd bəy Cavanşirin əlinə keçir. Məhəmməd bəy Cavanşir düşünürdü ki, taxt onun haqqıdır və Molla Pənah Vaqifi və oğlunu edam elətdirir. Molla Pənah Vaqif və Vidadi vətənpərvər insan idilər. Kitabda da bu hissələr göstərilir. Məsələn, Vaqif və Qacarın, Vaqif və vəzirin, Vidadinin də digər obrazlarla dialoqunda bu göstərilir. Ancaq bu iki obrazla yanaşı Eldar obrazı da vətənpərvər obraz kimi göstərilmişdir. Eldar obrazı həm İbrahim xana, həm də Qacara qarşı çıxmışdı. Dramda mənfi xarakterli obrazlar İbrahim xan, Şeyx Alı, Qacardır. Ancaq kitab Qacarın sui-qəsdinə qədərdir. Amma yenə də çox gözəl yazılıb və oxumaq üçün rahatdı. Kitabı hamıya məsləhət görürəm.
Edebiyat
VaqifSəməd Vurğun · Şərq-Qərb · 0174 okunma
10/10
·128 syf.··
2022 38. kitabı
·
4 saatte okudu
·
Okunma: 18 Mayıs 2022 17:34
Salamlar))) Bugün sizlərə ədəbiyyatımızın böyük yazarlarından biri olan Səməd Vurğun və onun qələmə aldığı "Vaqif" əsəri haqqında qısaca məlumat verəcəm. Səməd Vurğun Azərbaycanın ilk "xalq şairi"dir. Ədəbiyyatımıza bir çox şeir, məqalə, məruzə, poema və dram qazandırmışdır. 1936, 1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklədə məşğul olmuşdur. Puşkinin "Yevgeni Onegin" romanını dilimizə tərcümə etmiş və ona "A. S . Puşkin medalı" təqdim olunmuşdur. 1937 -ci ildə S.Vurğun ölməz əsəri olan "Vaqif"i qələmə almıştır. Əsərdə Molla Pənah Vaqifin faciəvi həyatını, şairin böyüklüyünü, vətəninə bağlılığını bizlərə əks etdirmişdir. S.Vurğun M.P.Vaqif obrazı ilə xalqın əyilməzliyini, müdrikliyini və mənəvi zənginliyini ifadə etmişdir. M.P. Vaqif yerli məmurların zülmünə qarşı xalqla birgə olmuş, xalqın tərəfində dayanmışdır. Əsərdə şair xalqın təmsilçisi kimi Qacara xalqın ürəyindən keçənləri deyir, xalqın nifrətini və qəzəbini çatdırır. S.Vurğun M.P.Vaqif obrazı vasitəsilə Azərbaycan xalq danışıq dilini, atalar sözlərini, canlı folklor nümunələrinin xeyli hissəsini dram dilinə qatmışdır. Bir çox tarixçi Səməd Vurğun haqqında danışdıqlarında onun əsərdə tarixi şəxsiyyətləri düzgün yazmadığını, Vaqifi onlardan uca gördüyünden bəhs edir. Mənim üçün "Vaqif" bir ədəbi əsərdir və onu oxumaqdan hər zaman böyük bir məmnuniyyət hiss edəcəm.
Edebiyat
VaqifSəməd Vurğun · Şərq-Qərb · 0174 okunma
Puan vermedi
Səməd Vurğunun adı, şaxsiyyəti, milli, poetik "mən"i ilə ən çox bağlı əsər "Vaqif" dir. Tarixən Vaqifin həm də dövlət xadimi kimi Azərbaycan ədəbi-ictimai fikrinin inkişafında görkəmli xidmətləri olmuşdur. Şair Vaqif poeziyada realist xəlqiliyin milli-etnoqrafik koloritin və xalis dünyəvi nikbinlik fəlsəfəsinin bərqərar olmasında müstəsna rol oynamışdır. Qarabağ xanlığının vəziri, ayıq va müdrik dövlət xadimi, alim, Zaqafqaziya xalqlarının doslluğunun carçısı və Avropaya rəğbətin ilk tərəfdarlarından biri kimi də Vaqifin tarixi siması işıqlı və cazibədardır. Bütün bu keyfiyyətlər ümumiləşdirilmiş və Səməd Vurğun Azərbaycan sovet dramaturgiyasında Xəyyamdan sonra ikinci böyük şairin romantik bədii obrazını yaratmışdır.
VaqifSəməd Vurğun · Şərq-Qərb · 0174 okunma

Yazar Hakkında

Səməd VurğunYazar · 10 kitap
Samed Vurgun (Azerbaycan alfabesi: Səməd Vurğun, Kiril: Сəмəд Вурғун; gerçek adı: Samed Yusif oğlu Vekilov Azerbaycan Sovyet Sosyalist Cumhuriyeti'nin ve SSCB'nin önde gelen şairlerindendir. Kazah bölgesindeki Salahlı köyünde doğdu. İlköğrenimini doğduğu köyde tamamladı. 1918’de dönemin bilinen eğitimcilerinden Feridun Bey Köçerli tarafından Kazah’ta kurulan iyi bir okulda eğitimini sürdürdü. Bu dönemde Avrupa edebiyatınınbrn önde gelen yazarları öğrenme fırsatı buldu. Aynı zamanda Tevfik Fikret, Namık Kemal’i inceledi.getdi gozelgunlerimiz bade yaklaşık 1922 ’de ilk şiirleri yayınlanmaya başladı. Ancak adını ilk duyurduğu şiiri "Cavanlara (gençlere) Hitap" 1925 yılında geniş çevrelere ulaştı. Sonraki yıllarda bölgedeki birçok gazete ve dergide yazıları, şiirleri yer aldı. Bu dönemde "Vurgun" adını kullanmaya başladı. 1929 yılında Moskova Üniversitesi Edebiyat Fakültesine girdi. Özelikle 1930-40 yılları arasında edebiyat çevrelerinde tanınan biri haline geldi. "Vakıf" adlı eseri 1941 yılında Stalin adına verilen ödülü aldı. Yine aynı dönemlerde Nizami Gencevi’nin "Leyla ile Mecnun" adlı eserini Azericeye çevirdi. Ölümünden kısa bir süre önce tarihte ilk kez "Azerbaycan’ın Halk Şairi" unvanı verildi. Bakü’de öldü ve orada toprağa verildi.