Mənə bu divarlar zindan görünür. Könül viran qalan bir xanimandır... Deyib-danışmayır xeyli zamandır...
Mənə nə göylərdən bir təsəlli var,
Nə yerlər ruhumu zövq ilə oxşar...
İbrahim xan:
Şeyx doğru deyir! Kor qalsın onlar, Xalq ayılan zaman haqqını anlar...
Vaqif:
O kor dediyiniz hirslənən zaman
Çox bərk yapışacaq boğazınızdan...