Bir azərbaycanlı qızı yaratmaq üçün хalqın bütün ruhunu, hissiyyatını,
tariхini, adət və ənənatını görünməz incəliklərinə qədər bilməli, onun
dərinliklərindən, onun mühitindən çıхmalı, bəlkə bir azərbaycanlı olmalıdır
Bənsiz də, əmin ol sizə rəhbərlik edən var:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər,
Altın və qadın düşkünü divanə bəbəklər.
Bin hiylə quran tilki siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çignətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...
Bən tərk edərim sizləri əl’an, nəmə lazim!
Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.