Ervira Fərzəliyeva

Ervira Fərzəliyeva
@ervira
Azərbaycan dili və ədəbiyyat müəllimi
52 okur puanı
Nisan 2020 tarihinde katıldı
Qəribə idi, hər şey yaddan çıxır, qoxu isə burunda qalır.
Sayfa 357·Kitabı okudu
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
İndi burada uzanmış insan ölmüşdü. O dirilib yaşaya bilər, ancaq, əslində, ölü kimi olacaq. Nəsil ağacının qurumuş budağıdır, çiçək açacaq, lakin bəhər ləzzəti görməyəcək. Bir vaxtlar dərin-dərin, qalın-qalın meşələrdə nəhəng insanabənzər meymunlar yaranıb və sonralar min-min nəslin süzgəcindən keçib, zərifləşib. Bir az sonra misirlilər uca-uca məbədlər tikib, Elladanın çiçəklənmə dövrü başlayıb... Həmin müəmmalı qan nəsildən-nəslə keçib və axırda bu gözəl qadın yaranıb. Ancaq o, boş sünbül kimi, bar verməyəcək, öz qa-nını heç kimə, nə oğluna, nə də qızına keçirə bilməyəcək. Düranın qaba əlləri bu zənciri qırmışdı. Bəs Düranın özü də həmin min-min nəsildən törəməmişdimi? Ellada da, İntibah dövrü də onun özünü, təkəsaqqalını yaratmaq üçün çiçəklənməmişdimi?
Sayfa 352·Kitabı okudu
Başlamamışdan qabaq mənim də sənə bir sualım var. Bax, şirlər dağkeçilərinin, hörümçəklər milçəklərin, tülkülər də toyuqların qənimidir. İndi de görüm, yer üzünün hansı yeganə canlısıdır ki, həmişə bir-biri ilə çəkişir, vuruşur, bir-birinin qənimi olur? -Bu lap uşaq sualı oldu!Əlbəttə, "məhəbbət", "yaxşılıq", "halı-yananlıq" kimi sözləri icad eləyən insan -yer üzünün əşrəfi! - Yaxşı, o, təbiətin hansı canlısıdır ki, özünü öldürə bilər və öldürür də? -Yenə də "axirət dünyası", "Allah", "zühur eləmək" sözlərini icad eləyən insanlar.
Sayfa 281·Kitabı okudu
Xoşbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, əyilib götürmək lazımdır. Xoşbəxtliyi çox uzaqlarda axtarmaq lazım deyil, o da sadə şeylərdən başlanır.
Sayfa 176·Kitabı okudu