Ervira Fərzəliyeva

Ervira Fərzəliyeva
@ervira
Azərbaycan dili və ədəbiyyat müəllimi
52 okur puanı
Nisan 2020 tarihinde katıldı
İkimiz haqda düşünəndə beynim sarı simə dönür. Hər yan musiqiyə qərq olur. Hərdən kiminsə səsi də eşidilir. Hər şey gözüm önündən kino lenti kimi keçib gedir, ancaq musiqi yenə qalır. Həmişə qalır...
Sayfa 152·Kitabı okudu
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
- Bilirsən, o xoşbəxtlik haradan başlayıb, harada qurtarır? Ravik ayağı ilə payızgüllərini qurdaladı. "Ah, xoşbəxtlik!- ürəyindən keçirtdi. - Gəncliyin əbədi baharı! Həyatın qızıl hərflərlə yazılan səhifəsi! Ah, xoşbəxtlik! İlahi, görəsən, o xoşbəxtlik indi haradadır?" - Səninlə başlayıb, səninlə də qurtarır, -Joan dilləndi. - Bunu bilməyə nə var! Ravik heç nə demədi. Fikirləşdi ki, görəsən, nə deyir... - Hələ bir azdan deyəcəksən ki, məni sevirsən, - xeyli sonra dilləndi. - Hə, sevirəm... Ravik yerində qurcalandı. - Məni hələ yaxşı tanımırsan axı... - Bunun ona nə dəxli? - Çoxdur. Sevmək, kiminləsə ömrü başa vurmaq deməkdir. -Elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, kimdirsə, onsuz yaşamaq olmaz
Sayfa 150·Kitabı okudu
Ravik çarpayıya baxdı. Joan gəlmiş olsaydı da, belə səliqəsiz, əzik-üzük yorğan-döşəkdə tək yatmazdı. Çox qəribədir: insan bədəninin dəydiyi hər şey - çarpayı, paltar, hətta vanna otağı da onun hənirini görməyəndə, tamam ölürmüş! İnsan nəfəsini, insan hərarətini itirəndə, onlar nə pis olurmuş!
Sayfa 142·Kitabı okudu
- Adam indi unutduğu şeyi sonralar ömrü boyu axtarmalı olur, müsyö... - Elədir. Ancaq unudulmayan də şeylər adamın ömrünü cəhənnəm əzabına döndərir. - Mənimkini döndərmir. Ötüb keçən şeydir, o niyə həyatı cəhənnəm əzabına döndərsin?
Sayfa 111·Kitabı okudu
- Niyə belədir Ravik? Gecələr hər şey belə əl-əlvan görünür, hər şey asanlaşır, adama elə gəlir ki, nə iştəsə eləyə bilər. Həqiqətdə elə bildiyini xəyallarında görürsən. Niyə belədir? Ravik gülümsədi: -Xəyallar bizə ona görə lazımdır ki, onlarsız dözə bilmirik.
Sayfa 96·Kitabı okudu