Əsmər Daşdanova

Əsmər Daşdanova
Bütün kitaplar tehlikelidir çünkü kelimeler bizi değiştirme gücüne sahiptir. instagram.com/asmardaily?igsh...
Baku
Azərbaycan, 28 Ağustos 1999
152 okur puanı
Aralık 2020 tarihinde katıldı
Ravik bu meydanın tənhalığında hiss etdi ki, tanımadığı, bilmədiyi bu qadın, qəribə də olsa bircə anlığa ona lap doğmalaşdı. Bəlkə də bunun səbəbi elə tənhalığın özü, qadının da onun kimi qərib olması idi. Halbuki qadın onun üçün yad bir adamdır, görünür, illərin tənhalığı, qəribliyi onları yaxınlaşdırmışdı.
Sayfa 15·Kitabı okudu
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim

Əsmər Daşdanova

, bir kitap okudu
6/10
·136 syf.·
3 günde okudu
·
Okunma: 18 Ocak 2026 00:00
·
2026 3. kitabı
Ali Hazelwood
7.3/10 · 1.612 okunma
9/10
·480 syf.··
Beğendi
·
2026 2. kitabı
·
13 günde okudu
·
Okunma: 15 Ocak 2026 22:55
Bu kitab məni əsəbləşdirdi, təəccübləndirdi, düşündürdü… və etiraf edim ki, tam ortalarında məni sıxdı və ara verməli oldum. Hətta başqa kitaba keçmişdim. Amma geri dönüb qaldığım yerdən oxumağa başlayanda nədənsə əvvəlkindən də çox sevdim və sürətlə bitirdim. Kitab başdan sona toksik münasibətlər və toksik xarakterlərlə dolu idi. Oxuduqca gah əsəbləşirsən(gah əsəbləşirsən, yeri gəlir əsəbləşirsən, bəzən də əsəbləşirsən), gah “bu insan necə belə ola bilər?” deyə düşünürsən. Yazım tərzi fərqlidir, amma axıcıdır. Başlanğıcda kim kimdir, hadisələr kimin dilindən danışılır bunları anlamaq çətin olur. Amma bir az səbr etdikcə hər şey yerli-yerinə oturur və kitab səni içinə çəkir. Heathcliff obrazını əvvəl sevirdim, amma sonra nifrət etməyə başladım. Sonra yenə tərəddüd etdim… Emily Brontë elə yazır ki, ən toksik obrazın belə altında yatan səbəbləri göstərir. Bir səhifə nifrət edirsən, o biri səhifədə bu nifrət yüngülləşir. “O da insandır, onun da ruhu, qəlbi var” deyə düşünürsən. Amma bir səhifə çevirirsən və yenə deyirsən: yox, empatiya qurmayacam bu murdar xasiyyətli adama. Catherine isə mənə görə bir az yalnız özünü düşünən, hisslərini düzgün anlaya bilməyən, yanlış qərarlar verib sonra peşman olan bir obraz idi. Qızı Cathy-i isə mələk kimi idi və onun saf qəlbinin sui-istifadə edildiyini gördükcə yenə əsəbləşirdim. Hətta sonlara doğru onun o çarəsizliyi və hər şeyə dözməsi... Və Hareton… Cathy və Hareton səhnələri sonlara doğru istədiyim kimi olmağa başlamışdı, kaş onları ayrıca oxumaq mümkün olaydı Bu kitab rahatlıq üçün yox, emosional olaraq silkələnmək üçün oxunmalıdır. Əsla ağlınızda möhtəşəm romantik klassik oxuyacam deyə başlamayın xəyal qırıqlığı yaşaya bilərsiniz. Travmalarla dolu, sevgi və nifrətin biryerdə olduğu toksik münasibətlərlə çevrili bir hekayədir
Uğultulu TepelerEmily Brontë · İthaki Yayınları · 201657,9bin okunma