esvena

esvena
@esvena
8 okur puanı
Nisan 2022 tarihinde katıldı
Puan vermedi·80 syf.··
2023 3. kitabı
Kitabı tövsiyə edərkən qeyd edim ki, həqiqətən də bu bir məktubdur və o heç vaxt öz sahibinə çatmır.Burada siz gerçək hisləri və hadisələri oxuyacaqsınız. Frans Kafka atasına deməyə cəsarəti çatmadığı düşüncələrini məktub vəsitəsi ilə yazmağa çalışır,hətta özü də qeyd edir ki,burda belə bəzi şeyləri tam rahatlıqla yaza bilmir.Oxuduqda mütləq öz valideyninizlə olan münasibətinizi axtaracaq, xatırlayacaqsınız,bəlkə sizin də sadəcə ağlınızdan keçirib dilə gətirmədiyiniz, keçdikdə də ötüşdürdüyünüz həqiqətləri oxuyacaqsınız.Kafka atası ilə olan soyuq, qəliz münasibətini o qədər detallı ifadə edib ki, empatiya qurmamaq mümkün deyil.Amma onu da qeyd edim ki,hər halda Kafka atasını sevirdi...
Atama MəktubFranz Kafka · Qanun Nəşriyyatı · 202053,9bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

esvena

, bir kitap okudu
Puan vermedi·80 syf.··
2023 3. kitabı
Franz Kafka
7.3/10 · 53,9bin okunma
Uzun illər ərzində orta səviyyəli bir yaddaşla, o qədər pis olmayan mühakimə qabiliyyətimlə nəyisə yadda saxlaya bilməyim də çox təəccüb doğurmamalıdır, ancaq hər halda, topladığım biliklərin nəticəsi, ən çox da dərinliyi, zahirən qayğısız görünən sakit bir həyatda ona sərf olunan vaxtla, pulla müqayisədə çox cılız görünür. Xüsusilə, az qala bütün tanıdığım adamlarla müqayisədə belədir. Çox acınacaqlıdır və səbəbini də yaxşı başa düşürəm. Fikirləşməyi bacardığım gündən öz mənəvi varlığımı təsdiq etmək üçün elə böyük çətinliklərlə qarşılaşdım ki, bundan başqa hər şeyə biganələşdim.
Ancaq heç kəsə və heç nəyə inanmadığımdan, — varlığımın hər an yeni bir təsdiqə ehtiyacı olduğundan, heç nəyin şəksiz-şübhəsiz şəxsən mənim özümə mənsub olmadığından, həqiqətdə varislikdən mərhum edildiyimdən, özümə ən yaxın olan bir şeyə – bədənimə də inamımı itirdim.