Xədicə Eyvazova

Xədicə Eyvazova
@eyvazovha
Filoloq
Bakı Slavyan
Bakı
26 Haziran 2004
4 okur puanı
Kasım 2021 tarihinde katıldı

Xədicə Eyvazova

, bir kitap okudu
4/10
·96 syf.·
2026 5. kitabı
Cafer Cabbarlı
8.9/10 · 616 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?

Xədicə Eyvazova

, 2025 okuma hedefini ekledi.
2025 OKUMA HEDEFİ
1/30 kitap - %3 tamamlandı
1 kitap okudu
30 kitap
400 sayfa
0 inceleme
0 alıntı

Xədicə Eyvazova

, bir kitap okudu
6/10
·400 syf.·
2025 1. kitabı
Alex Michaelides
8.6/10 · 12,8bin okunma
Böyümək belə bir hiss idi ?
Bax, mənə. Yaşlarla dolmuş gözlərimə yaxşı bax. Orada görəcəksən uşaqlığımın izlərini. Gözümün altındakı qırışlara diqqət et, orada hamınızın izləri var. Görəcəksən ki, zaman mənə də qəddar davranıb, axı hansı birimizə gözləyib ki, zaman? O amansızdı. Bəs siz? Siz amansız deyildiniz? Böyüdüyümü nə zaman anladım, bilirsən? Qorxularımı artıq gizlətmədiyimdə, onlardan qurtulmaq üçün hər ötəndən kömək istədiyimdə: “Xahiş edirəm, məni xilas edin. Mən bu qorxularla yaşaya bilmirəm, alın aparın. Mənə yol göstərin! Axı, mən öz içimin cəngərliyində azmışam. Məni bağışlayın, olduğum ünvandan doğru yola necə gedə bilərəm?” Haray saldım, el-aləmə, amma eşidən olmadı. Mənimmi səsim alçaq çıxır, yoxsa onlarmı eşitmək istəmir? Uşaqlığımın izləri silinib gedir, yerini qayğılar, qırışlar əvəz edir. Sən məni yaxşı tanıyırsan, hər sətrim, hər misram əzbərdi sənə. Bilirsən ki, gözləməyi hələ lap körpəykən öyrənmişəm. İndi isə səbrim tükənib, gözləyə bilmirəm eyni həvəslə gedənlərin yolunu. Daha məktublarda yazmıram atama. O məktubları təyyarə edib, ona çatması ümidi ilə göylərdə süzdürmürəm. Yollarını gözləmirəm daha heç kimin. “Qapını döyüb, məni bağışla” - deyə bilmirəm. Böyümək belə bir hiss idi? Böyümək budusa, mən böyümək istəmirəm.