Ümmanlarda batırmışam neçə-neçə gəmiləri,
Üfüqlərdə itirmişəm məqsədləri, səbəbləri,
Ürəklərdə bəsləmişəm, yaşatmışam ümidləri,
Tək özümdə yandırmışam gündüzləri, gecələri.
Sətirlərdə gəzmişəm mən bəyənərək qələmləri,
Gözlərdən duymuşam o saf, məsum qəlbli körpələri,
Bənizlərdə izləmişəm kədərləri, qüssələri,
Cavablarda axtarmışam necələri, nədənləri.
14.09.2022