Fatimə Ociyeva

Fatimə Ociyeva
@fatiia_va
Yadına saldı, düşündü, güldü. Yəni doğrudan bir vaxt gələcək bütün bunlar reallığa, oluya çevriləcək? Çətin ağlı kəsir. Amma məgər on il bundan qabaq bu günümü danışsaydılar, inanardım? Yox. Deməli... Deməli, hər şey ola bilər.
Reklam
İçində nə isə uçub dağıldı. Düşündü, anladı ki, bu, hədər, ümidsiz, gümansız bir sevgidir. Nə əvvəli var, nə axırı.
Eh!.. Doğrudan da, onun boynunda valideynlərinin nə qədər haqq-sayı vardı! Bu ülvi, müqəddəs borcları heç bir yaxşılıqla ödəmək mümkün deyildi.
Mən gecələr göyün dərinliklərinə baxmaq, başqalarının sezə bilmədiyi ən xırda işıqları axtarmaq, tapmaq niyyətində idim... arzularım ürəyimdə qaldı. Kəşf olunmamış ulduzlar kimi".
Eh!.. Gör, o vaxtdan neçə illər ötdü! Heyf, çox heyf, qayğısız, kədərsiz uşaqlıq çağlarından! Nə tez gəldi, nə tez də getdi!.."