Puan vermedi·202 syf.·
2024 10. kitabı
Bu kitabı bir ustadım məsləhət görmüşdü. Şükürlər olsun oxuya bildim. Muhammed Peyğəmbər (sav) və onun ailəsi, onların yaşadığı həyat, adamların onlara qarşı göstərdiyi vəfasızlıqlar, onların qorxaqlığı mükəmməl şəkildə qeyd olunub. Bütün qadınların xanımı olan Fatimənin (ə) qısa ömründə yaşadığı çətinliklər, göstərdiyi qəhrəmanlıqlar təsvir olunub. Oxumağa dəyər bir kitabdır həqiqətən. ...Dini vəzifələrdən biri cihaddır. Tutaq ki, vətən torpaqlarına təcavüz olunub və biz onu müdafiə etməliyik. Necə düşünürsünüz, düşmənlə ordu vuruşsun, yoxsa hərə ayrıca və öz istədiyi vaxt?! Demək, sistemli fəaliyyət daha effektlidir və bu prinsip ibadət sahəsinə də aiddir!.
Fatimə FatimədirAli Şeriati · İrşad nəşriyyatı · 01,436 okunma
10/10
·296 syf.··
Beğendi
·
2024 13. kitabı
·
4 günde okudu
·
Okunma: 09 Mayıs 2024 20:45
Demək olarki, Fatimə (ə) haqqında oxuduğum ən yaxşı kitab idi. Bəli, Fatimə Fatimədir, başqası deyil... Fatimə necə böyük şəxsiyyətdir... Atasının övladı və anası nə qədər fədakar və mərhəmətlidir... Fatimə nə gözəl həyat yoldaşıdır... Əli (ə)onunla tamamlanmış və O da Əli ilə ... Həsənin, Zeynəbin və Ümmü Gülsümün anası Fatimə nə böyük anadır... Ali Şeriati həmişə olduğu kimi, öz gözəlliyi , fəlsəfi yaradıcılığı, düşüncə və məntiq baxımından seçilən mükəmməl kitab yazmışdır. Ali Şeriati kitabın əvvəlində Qərb və Şərqin qadınlara necə baxmasından və onların bəziləri üçün sadəcə “istehsal vasitəsi”, bəziləri üçün isə sadəcə alət olmasından və cahilliyət dövründə insanların onları necə eyib kimi gördüyündən bəhs edirdi. Ən böyük narahatçılıq isə dinin gözəlliklərinin insanlar tərəfindən dərindən başa düşülməməsi idi. Hətta dini şüuru oğurlamaq üçün müstəmləkiçiliyin, kapitalizimin, Qərbin necə birlik olduğundan bəhs etməkdədir. 2ci hissədə: Bu cür qarışıq və sürətlə inkişaf edən dpvrdə qadının özünə necə Rol model tapmasıda önəmli məsələdir:- Köhnə adət-ənənələrdə ilişib qalmış, kişiləri iqtisadi əsas kimi görən əvəllki qadınmı, yoxsa modern dövrün hər şeyi qəbul edib, sorğulamadan yaşıyan “modern” qadınımı…. Əli Şəriəti Fatimeyi-Zəhra (ə) həqiqi rol model kimi təqdim etmişdir. Onun düşüncəsi, davranışı və dəyərləri həqiqi İslamın dəyərlətini əks etdirir, O dəyərli Qadın öz cəmiyyətində bir ana, həyat yoldaşı, qızı, məsuliyətli ,təşəbbüskar, Peyğəmbərin(s) risalətinə iman gətirən, onun çətinliklərinə tab gətirən bir xanım… O qadının necə və nə olmaq istədiyinin ən dəqiq nümunəsidir… Fatimənin(ə) həyatı bizə məhəbbət, itki, dözüm, qorxmazlıq ən əsası əsl qadın necə olmalıdır suallarına cavab tapmağa kömək edir. Son olaraq, “Fatimə(ə) Həsən, Hüseyn, Zeynəb kimi övladlar
Fatimə FatimədirAli Şeriati · İrşad nəşriyyatı · 01,436 okunma