Ağaclar çiçəklənəndən sonra yağan qar kimi idi Leylanın həyatı. Həyat adlandrılan anlaşılmaz mövcudluğun əsl mənası budur əslində. Lüğətlərdə yazılmaz amma onun əsl məqsədi insanı öz axınına qatmaqdır. Dünyanın hökmdarları onu əllərinə ala bilmirlər. O, pulla alınacaq, əyilib-büküləcək, ya da qaçıla bilinəcək bir șey deyil. Səhər hava işıqlanmamış küçəni süpürməyə başlayan insanlarla pulu haradan qazandığı özünə belə müəmma olan insanların, heç olmasa, bircə dərdləri eyni olur: həyat.
Ölən hər ümid yeni bir rəng oğurlayır həyatdan. Solan hər rəng bașqa bir ömür soldurur. Həyat mütləq belə davam edir...
Hərșey rənglərdən bașladı. Rəngarəng divarlar yerini boz bulanıq xəyallara verdi,