Fidan Cavadzadə

374 syf.
6/10 puan verdi
Kimin əli kimin cibindədi, bilinməyən kitab
Əsərdəki mahnılardan ibarət bir playlistin müşayiəti ilə “Norveç meşəsi” kitabı haqda düşüncələrimi yazıram. Kitabın adının Beatles trekindən alındığını bilmirdim, sürpriz oldu. Türk dilinə niyə bu cür tərcümə ediblər, anlamadım. Əsərdə də bununla bağlı nəsə bir şey gözümə çarpmadı. Keçək, əsas məsələlərə. “Norveç meşəsi” Murakami ilə tanışlıq
İmkansızın Şarkısı
İmkansızın ŞarkısıHaruki Murakami · Doğan Kitap · 201810,8bin okunma
Reklam
1/10 puan verdi
Astronomiyanı dinə bağlayan o kitab
Normalda bəyənmədiyim yaxud yarımçıq qoyduğum kitablara rəy bildirmirəm, amma geriyə dönüb baxanda niyə yarımçıq qoyduğumu xatırlamaram deyə oxuduğum qədərilə fikir bildirmək istədim. Kitabın mövzusu və ilk 30-40 səhifə çox marağımı çəkdi, ümumiyyətlə, bürclər mübahisəli bir mövzu olduğu üçün bu barədə oxumaq istəyirdim. Bu kitabı görəndə çox həyəcanlandım. Lakin kitab ilk hissələrdən sonra vikipediya məqaləsinə çevrildi. Həddən artıq dinlə əlaqələndirmə və müxtəlif adlar qeyd edilmişdi. Bəzi səhifələrdə sadəcə mövzu ilə əlaqəli adların siyahısı var idi. Dinlə əlaqələndirmə olmasında problem yoxdur, sadəcə kitab demək olar ki, bu mövzu üzərinə yazılmışdı. Bu səbəbdən sadəcə bir mənbəyə əsaslanaraq faktların təqdim edilməsi sıxdı. Çünki dinlər özü də mübahisəli mövzudur və inancla əlaqəlidir. Bir sözlə, kitabdan istədiyimi ala bilmədim.
Ulduz Elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatı
Ulduz Elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatıFirudin Qurbansoy · Teas Press · 09 okunma
216 syf.
4/10 puan verdi
·
15 günde okudu
Deməli, əsər fərqli bir obrazın nitqi ilə başlayıb Peçorinin gündəliyinə çevrilir. Başa düşürəm, burada əsas qəhrəmanımız da elə Peçorindir. Amma başdakı obrazın hekayəni nəql etdirməkdən başqa bir vəzifəsinin olmaması qəribə gəldi, kitab boyunca həmin adamın hadisələrlə necə bir əlaqəsi olduğunu sorğuladım və bu sualım cavabsız qaldı. Peçorin
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,499 okunma

Okur Takip Önerileri

Tümünü Gör
622 syf.
8/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Oblomov və Oblomovluq. Bu əsəri oxumazdan əvvəl kimdən soruşurdumsa, mənə deyirdi: “Əşi, orada oxumalı nə var ki, bütün günü yatan bir kişidir də”. İndi isə bunları dinləmədən oxuduğum üçün sevinirəm. Çünki bu il digər kitablarımda olduğu kimi (göz dəyməsin), yenə bir əsəri ən düzgün vaxtda oxudum. Üstəlik, uzun müddətdən sonra iri həcmli bir
Oblomov
Oblomovİvan Gonçarov · Türkiye İş Bankası Kültür Yayınları · 202139,8bin okunma
318 syf.
5/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Tarixi niyə romanlardan öyrənməməliyik?
Mən tarixi romanları çox sevirəm. Çünki tarixin gizli qapılarını romanlara xas olan ahəngdarlıq, axıcılıq və bədiilik vasitəsilə aralamaq imkanını verir. Kitab haqda bəzi fikirləri oxudum və qatılıb qatılmadığım məqamları qeyd etmək istəyirəm. Storylərimə baxanlar da daxil olmaqla, bir çoxları kitabın ikinci hissəsindən sonra sıxıcılaşdığını qeyd etdilər. İlk hissənin ən rahat oxunan hissə olmasına qatılıram. Çünki daha çox nağıl təsiri bağışlayır. Amma bu cür keçmişdən gələcəyə doğru zaman oxu ilə hərəkət edən ssenariləri sevdiyim üçün məni narahat etmədi. Narahat edən tək məqam, hər hissəni tamam başqa yazıçı yazmış kimi təəssürat oyatması idi. İstifadə olunan üslubdan tut, bədii təsvir və ifadə vasitələrinə qədər. Kitabın mənə ən çox aydın olmayan hissələri demokratiya uğrunda mübarizə ilə bağlı idi. Düşünürəm ki, bu hissələrdə çatışmayan məlumatlar vardı. Eyni zamanda, bəzi məlumatlar artıq olmaqla yanaşı, informasiya kirliliyi yaradaraq oxunma zövqünü azaldırdı. Yazıçının türk hökmdarlarını təsvir etmə şəkli həddən artıq səthi idi. Özümü muhteşem yüzyıl serialına baxırmış kimi hiss elədim, xüsusilə Məlikşahın dövrü ilə bağlı hissələrdə. İlk hissələr sırf bunlara görə axıcıdır kimi gəldi mənə :D Bütün bunlara baxmayaraq, kitabı bəyəndim və yazıçının digər məşhur kitablarından biri olan "Şərqin limanları"nı oxumaq üçün səbrsizlənirəm.
Semerkant
SemerkantAmin Maalouf · Yapı Kredi Yayınları · 202062,2bin okunma
Reklam
Reklam
Reklam
Reklam