“Səni sevirəm, çünki sənə ehtiyacım var. Sənə ehtiyacım var, çünki səni sevirəm.” (Erich Fromm)
Bu kitaba rəy yazmağı çox istəyirdim, amma kitab özü deyiləcək hər şeyi o qədər aydın ifadə etmişdi ki, nə obrazları tədqiq etmək, nə də hekayəsindən bəhs etmək marağımı çəkmədi. Amma sırf hekayəsini “özümküləşdirmək” üçün qısa da olsa, fikirlərimi yazmaq istəyirəm.
Skandinav ölkələrinin soyuq iqliminin sakinlərinin münasibətlərinə də əks olunduğunu bilirik. Azərbaycan modelindəki ailədə böyümüş insanlar üçün başqa mədəniyyətin ailə strukturu qəribə gəlir. Bunu bilirsiniz nəyə oxşadıram, məsələn, ilk dəfə dostunuzun evinə getmisiniz, ailəsiylə vaxt keçirirsiniz. Görürsünüz ki, ailə modelləri bir-birindən nə qədər fərqlidir. Həqiqətən də, Tolstoyun dediyi kimi “bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.” Çoxumuzun ailəsi elə bir cür bədbəxt olduğu üçün başqasının xoşbəxtliyinin özü də zidd gəlir adama. Fərqlidir, “normal” deyil, qəribsəyirsən, amma əsas onu görürsən ki, mövcuddur, belələri də var imiş.
Başqa mədəniyyətlərin ailə daxili münasibətləri barədə oxuyanda və ya nəyəsə baxanda eynilə o hissi keçirirəm. Bu kitab da məndə kiminsə evinə gizlincə girib qapının arasından içəri boylanırmış hissiyyatı vermişdi.
Ən bəyəndiyim şeylərdən biri Yana obrazının özü idi. Harrietlə Oskarın münasibətindəki çatların uşağa yansıdılmasının onun gələcəkdəki xarakterinə, şəxsi münasibətlərinə, hətta görünüşünə və sağlamlıq problemlərinə əks olunmasının təsvir edilməsi əsəri emosional intellekt cəhətdən güclü edir. Həmçinin, hər obrazın perspektivindən müəyyən qədər oxuyub görmək imkanı olduğu üçün daha yaxşı empatiya qura bilir, onları qınamaqda çətinlik çəkirdim.
Təkcə Oskar barədə daha çox oxumaq istəyərdim. Kitabda Harrietin ciddi
Malma StansiyasıAlex Schulman · Fabula Kitab · 20255,4bin okunma
heyif etmək ağır ifadədir. həmişə nəyisə “heyif” etməkdən qorxuruq. “birdən həyatı yaxşı yaşamaram, ömrümü heyif edərəm.”
yəqin ki, ömrünün düşündüyün qədər uzun olmayacağını anlayanda onu da “heyif etməkdən” qorxursan. gəncliyini, arzularını, anlarını sonuna qədər yaşamaq istəyirsən. amma bu qorxunun özü bir qandala çevrilib ayağından yapışır, hər günü “dolu-dolu” keçirməsən, hər anını dibinə qədər dəyərləndirməsən, “heyif etdiklərinin” siyahısı uzanır. ona görə, görə bildiyin bütün əzalarına yazdırırsan: “live fast, die young”, “stay high” və s.
əvvəl düşünürdüm ki, “kaş ki” demədən yaşamaq, sonda “heyif ki” deməkdən yaxşıdır. “kaş” demək yaşanma ehtimalı olub da yaşana bilməyənlərə, potensialı olan hər şeyə tutulan bir yasdırsa, “heyifsilənmək” yaşananlara təəssüf hissi keçirmək, peşman olmaqdır. kontekstə görə bir-birini əvəz edə bilərlər, amma mən “nostalgiya” hissini məhz belə kodlaşdırmışam.
indi düşünürəm ki, hər ikisi də qaçılmazdır. həm seçdiyinə, həm də seçmədiyinə görə peşman olacaqsan. gözün həmişə arxada qalacaq, həmişə nəsə umub ondan ya məhrum olacaqsan, ya da onda umduğunu tapmayacaqsan.
hər bir halda, seçim sənindir. səhv və düz olmasını belə seçdiyin dəyərlər təsbit edəcək. insanı hansı daha çox qane edər? öz seçiminlə bədbəxt olmaq, yoxsa başqalarının seçdiyi xoşbəxtliyi yaşamaq?