Tahmini Okuma Süresi:
10 sa. 32 dk.
Sayfa Sayısı:
372
Basım Tarihi:
2012
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
9789952268270
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
10/10
·372 syf.··
Beğendi
·
2023 32. kitabı
Aşma Ağalar Məmmədov Düşünün ki,stulumuzu da götürüb arxa masalardan birində əyləşib həyatınızda dinləyə biləcəyiniz ən gözəl mühazirəni dinləyirsiniz. Monoloqdur,ancaq sanki sizdən əvvəl o,sizə fikirlərinizi deyir,təhlil edir,öyrədir,söhbətləşirsiniz; zamanı durdurduğunuz,saniyələrə meydan oxuduğunuz bir mühazirə... Bu kitabı elə bir zamanda oxumuşdum ki,mənə həmin an ehtiyacım olan cümlələri göstərmişdi, heç ara vermədən oxuyub, sonra yenə oxudum milyonlarca hiss və duyğularla...dedim,kaş Ağalar müəllimlə çox yox,sadəcə 1-cə dəfə uzun-uzadı söhbət etmə şansım olsaydı. Ya da mühazirələrinin birində ön masalarda əyləşən sıradan bir tələbəsi olsaydım; Məni utandıran məqam isə fərqinə vardım ki,bu qədər böyük oxucu kütləsinə malik app'də 1dənə belə olsun kitaba review yazılmayıb...dedim,bu ilki etməliyəm.Əslində,bu kitab üçün kitablarca təhlil belə yetməz. Kitabda müəllifin müxtəlif mövzuları əhatə edən yazıları cəmlənib. O, fəlsəfə, mədəniyyət, milli xarakter, dil, din, əxlaq, adət, ənənə, azadlıq, insan haqqı, cəmiyyət, dövlət, siyasət və daha neçə-neçə sözün qapılarını öz açarıyla açır. Onlara çoxunun görmədiyi bucaqdan işıq tutur. Fərqliliyi isə ondadır ki, o, sovet fəlsəfi məktəbi ideologiyasına yoluxmayıb. Bu,onun düşüncə və analiz tərzindən görünür. Düşüncələri ideologiyasız, müstəqil və kompleksizdir. Onun Sentimental Şərq və intellektual Qərb bölgüsü düşündürcüdür: “Şərq əxlaqda Allahı, azadlıqda iblis nəfsini gördüyü halda, Qərb birincidə zərurəti, ikincidə insan idrakını görüb. Şərq inanmağı və inandırmağı xoşlayır, Qərb anlamağı və əsaslandırmağı”. Nietzschenin üstinsan təlimiylə desək,Ağalar Məmmədov, ölkənin üç-beş üstmüəlim"indən biriydi. Müəllimini ölkədən qovan cəmiyyət isə cəhalət dumanına məhkumdur! (PS:Bəlkə də neçə-neçə insan sırf
Felsefe-Düşünce
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
Reklam