Müəyyən bir yaşa çatdıqdan sonra dünyagörüşümüz, həyata baxışımız və davranışlarımız oturmağa başlayır. Bəzi şeylər isə dünyaya göz açdığımızdan bəri görüb yaşadıqlarımızdan qaynaqlanaraq şüuraltımıza həkk olur. Şüuraltındakılar zamanla bizim davranışlarımıza, qərarlarımıza və münasibətlərimizə təsir edir. Bu, təkcə psixologiyanın deyil, həm də sosiologiyanın – toplumun, cəmiyyətin problemidir. Uşaq – bizim ən böyük problemimizdir.
“Kiçik Şahzadə” əsərindən çox sevdiyim bir alıntı var:
“Baxmayaraq ki, bütün yetişkinlər bir vaxtlar uşaq olub, bir çoxu bunu unudub.” Yaşımız valideynlərin yaşına yaxınlaşdıqca onları daha çox anladığımızı güman edir, onlara yaxınlaşdıqca uşaqlığımızdan bir o qədər uzaqlaşırıq. Fərqində olmadan, uşaqlığımızdan uzaqlaşdıqca, gələcək uşaqlarımızdan da uzaqlaşırıq.
Kitabda ən çox diqqətimi çəkən bir neçə məqamı bu şəkildə qeyd etmişəm:
1) Hörmət və itaət arasındakı fərq;
2) Valideyni bağışlamaq məcburiyyəti;
3) Gözlə görünən itaət, görünmədən ötürülən kin.
Bunların hamısı bir-birilə yaxından əlaqəlidir. Bu məqamda hörmət anlayışına toxunmaq istəyirəm. Hörmət – şəxsiyyətə sayğı ilə yanaşmaq, tənqidi şəxsin özünə deyil, onun fikrinə yönəltmək, etirazı məhz sözlə ifadə etmək, heç kimi lağa qoymamaq, hamının danışmaq hüququ olduğunu qəbul etmək və yeri gəldikdə güzəştə getməyi bacarmaqdır. Ən azından, vikipediya belə deyir. Yolda gördüyümüz birindən söz soruşarkən belə "borclu olduğumuz" hörməti "siz" ilə xitab edərək, nəzakətli davranaraq ifadə edə biliriksə, ən yaxınımızdan, canımızdan bir parça olan uşaqlardan niyə əsirgəyirik? Sizə hörmət etməyən, hər fürsətdə alçaldan, fikirlərinizi aşağılayan və dəyərsiz hiss etdirən bir şəxsə necə hörmət edə bilərsiniz? Maraqlıdır ki, eynisini tətbiq etdiyi halda, cəmiyyətin ən çox hörmətə layiq