Fidan Cavadzadə

Fidan Cavadzadə
@fidanhere
Səfillər (I-III Hissələr) əsərini oxuduqca ağlımdan iki şey keçir: 1. bu vaxta kimi niyə oxumamışam? 2. nə yaxşı ki, bu vaxta kimi oxumamışam.
Reklam
Taleyin və insanın buraxdığı səhvlərə yol vermək, buna mane olmamaq, onda sükutla iştirak etmək, – xülasə, heç nə etməmək, – hər şey etmək demək idi; bu, yaramaz bir ikiüzlülüyün son pilləsi, rəzil, mənfur, xəyanətkar və murdar bir cinayət idi.
Sayfa 194
Dəniz dalğalarına sahilə qayıtmağı qadağan etmək mümkün olmadığı kimi, fikirlərin də müəyyən bir məsələyə qayıtmasına mane olmaq mümkün deyildi. Dənizçilər buna “mədd” deyirlər. Canilər isə “vicdan əzabı”. Allah insan qəlbini bir okean kimi coşdurur.
Sayfa 193
Onun otağından qovmaq istədiyi qüvvə artıq otağın içində idi, qaranlıqda gözlərini kor etmək istədiyi qüvvə onun üzünə baxırdı. Bu – vicdanı idi.
Sayfa 191