Sonra mən həmin qorxulu uçurumu öz daxilimdə hiss elədim. Məni həyatla bağlayan duyğular sanki ağır bir cismə çevrilib, içərimdə dibsiz bir boşluğa yuvarlanmaqda idi
Sənin xalqın yaşamaqdan qorxur. Yadırğayıb, inanmır. O özünü ölülüyə vurub, yoxsa xoşbəxtlər, güclülər ona yenidən əzab verməyə gələr. Özünə lap azacıq, kimsəyə lazım olmayan, görəndə heç kəsin acgözlülük göstərmədiyi şeyləri saxlayıb.